Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Anadolu Səlcuqlu Nəvələrindən Xocalı Soyqırımı Barədə Elmi Konfrans

5/5

  • Bu gün Qardaş ölkə Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı tədbirlər təşkil olunub. Şəhidlərimiz flaşmoblar, foto sərgiləri, elmi konfranslarla yad edilib. Tarixi və mədəniyyəti ilə Türkiyənin ən qədim şəhərlərindən biri olan, Səlcuqluların mirası Sivas şəhərində də Xocalı şəhidləri anılıb. Cümhuriyyət Universitetinin Təhsil Fakültəsinin professoru Osman Kubilay Gül, universitet tələbələrindən ibarət olan Türk Qızları Cəmiyyətinin tərtib etdiyi elmi konfransda çıxış edib.

    Türkçü-Turançı gənclər birliyi olan Sivas Ülkü Ocaqlarının dəstəyi ilə təşkil olunan elmi konfransa tələbələr rəğbət göstəriblər. Xanımları təmsil edən Sivas Ülkü Ocaqları Asena Birliyinin sədri Mərvə Duman da konfransda iştirak edib.

    Proqram Türkiyənin dövlət himni İstiqlal Marşının səslənməsi ilə başlayıb. Professor Osman Kubilay Gül haqqında məlumat verilib. Sonra Xocalı soyqırımı ilə bağlı maarifləndirici video nümayiş olunub. Gül, çıxışında birinci Xocalının və bütövlükdə Qarabağın tarixindən qısaca bəhs edib. Bundan əlavə Qarabağ barədə Sovet hakimiyyətinin erməni mövqeyini saxlayan siyasəti haqqında danışıb. Professor Gül ümumiyyətlə Türk olmayan ölkələrin çoxunun Azərbaycana qarşı qərəzli mövqe tutmasının səbəblərini açıqlayıb. Ermənilərin millətimizə qarşı törətdiyi vəhşiliklərdən bəhs edən Osman Kubilay Gül, fərqli millətlərin mənbələrindən istifadə edərək Xocalıda törədilən qətliamın soyqırım olduğunun fakt olduğunu bildirib.

    Elmi konfransın axırında Türk millətinin hərtərəfli birlik olması və böyük Turanın yaranmasının vacibliyi vurğulanıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməDünya
    KateqoriyaTürkiyə
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib173 dəfə
    anadolu səlcuqlu nəvələrindən xocalı soyqırımı barədə elmi konfrans

    Maraqlı gələ bilər
    31
    43