Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonunda təhlükəli tullantıların idarə olunması ilə bağlı maarifləndirmə tədbirləri keçirilib...

0

  • Xocalı rayonunda təhlükəli tullantıların idarə olunması ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

    “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamının 5.1.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Xocalı rayonu üzrə mühüm tədbirlər həyata keçirilir.

    Bu çərçivədə 2025-ci il ərzində Xocalı rayonunda “Təhlükəli tullantı poliqonlarının infrastrukturunun müasirləşdirilməsi və mərkəzləşdirilmiş zərərsizləşdirmə qurğularının tətbiqi” mövzusunda rayon sakinləri üçün müxtəlif səpgili maarifləndirici görüşlər təşkil olunmuşdur. Görüşlərin əsas məqsədi əhalinin təhlükəli tullantıların düzgün idarə olunması, ətraf mühitin mühafizəsi və insan sağlamlığına mənfi təsirlərin azaldılması barədə məlumatlandırılmasıdır.

    Maarifləndirici tədbirlər zamanı mütəxəssislər tərəfindən təhlükəli tullantıların növləri, onların ətraf mühitə və insan sağlamlığına yaratdığı risklər, həmçinin müasir zərərsizləşdirmə texnologiyalarının üstünlükləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, təhlükəli tullantı poliqonlarının infrastrukturunun müasirləşdirilməsinin ekoloji təhlükəsizliyin təmin olunmasında oynadığı rol vurğulanıb.

    Görüşlərdə iştirak edən sakinlər mövzu ilə bağlı suallarını ünvanlayıb, tullantıların çeşidlənməsi və təhlükəsiz şəkildə utilizasiyası ilə bağlı praktik tövsiyələr əldə ediblər. Tədbirlər interaktiv formatda keçirilib və əhali arasında ekoloji məsuliyyətin artırılmasına xidmət edib.

    Qeyd edək ki, həyata keçirilən bu cür maarifləndirmə tədbirləri regionda dayanıqlı inkişafın təmin olunmasına, ekoloji tarazlığın qorunmasına və təhlükəli tullantıların idarə edilməsində müasir yanaşmaların tətbiqinə mühüm töhfə verir. Xocalı rayonunda bu istiqamətdə görülən işlərin gələcək illərdə də davam etdirilməsi nəzərdə tutulur.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib14 dəfə
    Xocalı rayonunda təhlükəli tullantıların idarə olunması ilə bağlı maarifləndirmə tədbirləri keçirilib...

    Maraqlı gələ bilər
    0