Güclü Ordu quruculuğu və tarixi Zəfər siyasəti.
Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu və milli təhlükəsizlik məsələləri xüsusi yer tutur. Onun Ali Baş Komandan kimi həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilmişdir.
Müasir silah sistemləri ilə təchizat, hərbi kadr hazırlığı, döyüş qabiliyyətinin artırılması və hərbi sənayenin inkişafı dövlət başçısının prioritet istiqamətləri sırasında olmuşdur. Bu strateji xəttin ən parlaq nəticəsi 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdir.
Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, 30 ilə yaxın davam edən işğala son qoyulmuşdur. Bu Zəfər təkcə hərbi uğur deyil, eyni zamanda beynəlxalq hüququn və ədalətin təntənəsi kimi tarixə düşmüşdür.
Xocalı rayon gənci Orxan Məmmədov.