Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Asiya ilə əlaqələrini dərinləşdirir

0


  • Azərbaycan Prezidenti İlham Əliyv 6 may 2025-ci il tarixində “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə ölkəsinin Asiya regionu ilə əlaqələrini daha da gücləndirməyə sadiq olduğunu bəyan edib. Dövlət başçısı Azərbaycan və Vyetnam arasında siyasi, iqtisadi və mədəni sahələrdə mövcud olan sıx münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Prezident bildirib ki, iki ölkə arasındakı qarşılıqlı anlaşma və dəstək münasibətlərin uzunmüddətli və strateji xarakter daşıdığını nümayiş etdirir.

    İlham Əliyev Azərbaycanın Avrasiya regionunda sabitlik və əməkdaşlıq mərkəzinə çevrildiyini, enerji layihələri, nəqliyyat dəhlizləri və regional təşəbbüslərlə bu rolu daha da möhkəmləndirdiyini qeyd edib. O, Azərbaycanın təşəbbüsü ilə yaradılan Zəngəzur dəhlizinin Asiya və Avropa arasında yeni logistik imkanlar açacağını, bu layihənin həm regional, həm də qlobal əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Müsahibədə Prezident Əliyev Azərbaycanın Vyetnamla yalnız iqtisadi deyil, həm də mədəni və humanitar sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. O, qarşılıqlı tələbə mübadiləsi, təhsil sahəsində layihələr və turizm əlaqələrinin də gələcək inkişaf prioritetləri arasında olduğunu bildirib.

    Prezidentin müsahibəsi Azərbaycanın Şərq tərəfdaşlığı siyasətində Vyetnam kimi mühüm Asiya ölkələri ilə münasibətləri daha da dərinləşdirmək əzmində olduğunu nümayiş etdirdi.
    Vüsalə İsgəndərova
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib19 dəfə
    Azərbaycan Asiya ilə əlaqələrini dərinləşdirir

    Maraqlı gələ bilər
    77
    64
    74