Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

0

  • Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, Tariximizdə 31 Mart Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq hər il Azərbaycan Respublikasında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə soydaşlarımızı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Mart hadisələri əslində bolşeviklərin daşnaklarla həyata keçirdikləri milli qırğın idi. 1918-ci ilin 30 mart - 03 aprel tarixləri arasında Bakıda və ətraf ərazilərdə: Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə daşnak silahlı dəstələrinin törətdiyi qətliamlar Mart hadisələrinin əsasını təşkil edir. 1919-20-ci illərin mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətində milli matəm günü kimi qeyd edilib.
    Xalqımızın tarixi keçmişinə həqiqi qiymət vermək imkanı yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra əldə edilib.Məhz Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” imzaladığı fərman bu qanlı faciəyə verilən əsl hüquqi qiymət idi.Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında sərəncamı dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyər, Azərbaycan Respublikasının öz sələfinin hüququ və mənəvi mirasına sədaqətini nümayiş etdirdiyinin reallığıdır.
    Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb,yenilməz birlik və həmrəylik nümayiş etdirib.
    Xüsusilə Prezident, Müzəffərr Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün,qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. Artıq bütöv Azərbaycan var. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etdi və bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, eləcə də 31 mart soyqırımı qurbanlarının qisasını aldı.
    Uca Allah bütün soyqırım qurbanlarına və bütün şəhidlərimizə rəhmət eləsin!
    Kamil Məhərrəmov,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib98 dəfə
    31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

    Maraqlı gələ bilər
    60
    125
    0
    33