Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Həmrəylik Gününün Qlobal Əhəmiyyəti

0

  • Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız milli birlik günü deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün mühüm vasitədir. Dünya miqyasında təxminən 50 milyondan çox azərbaycanlı yaşayır və onların böyük hissəsi xarici ölkələrdə müxtəlif diaspor təşkilatları vasitəsilə fəal ictimai-siyasi fəaliyyət göstərirlər. Bu bayram, azərbaycanlıların birləşərək, mədəniyyətlərini, dillərini və milli maraqlarını müdafiə etməsi üçün mühüm platformadır.

    Diaspor təşkilatları Həmrəylik Günü çərçivəsində müxtəlif tədbirlər təşkil edir. Bu tədbirlər təkcə milli dəyərlərin təbliği ilə məhdudlaşmır, həm də xarici ölkələrdə Azərbaycanın siyasi, iqtisadi və mədəni maraqlarını dəstəkləyən fəaliyyətləri əhatə edir. Xüsusilə ABŞ, Avropa ölkələri və Rusiyada yaşayan azərbaycanlılar, Həmrəylik Günü münasibətilə böyük tədbirlər keçirir, ana vətənlə əlaqələrini gücləndirirlər.

    Həmrəylik Gününün qlobal əhəmiyyəti həm də Azərbaycan Respublikasının xarici siyasətində özünü göstərir. Azərbaycan hökuməti bu gün vasitəsilə diaspor təşkilatları ilə əlaqələri genişləndirir və onların fəaliyyətini dəstəkləyir. Bu, milli maraqlarımızın qorunmasında və Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsində mühüm rol oynayır.
    Xocalı rayon ziyalısı Vüsalə İsgəndərova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib67 dəfə
    Həmrəylik Gününün Qlobal Əhəmiyyəti

    Maraqlı gələ bilər
    242
    0
    117