0
Uşaq Hüquqlarının Müdafiəsi üzrə Xocalı Rayon Komissiyası tərəfindən rayonun ümumtəhsil müəssisələrində uşaqların hüquq və qanuni mənafelərinin qorunması, onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafının təmin edilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə maarifləndirici tədbirlər keçirilmişdir.
Keçirilmiş tədbirlərdə əsasən uşaqların təhsil və tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının mühafizəsi, sosial müdafiəsi, alternativ qayğı, təhlükəsizliklərinin təmin olunması, erkən nikahın, məişət və məktəb mühitində zorakılığın, bullinqin, uşaq əməyinin istismarının və digər hüquq pozuntularının qarşısının alınması məsələləri əhatə olunmuşdur.
Tədbirlər zamanı şagirdlərə təhsil almaq hüququ, məktəbdaxili nizam-intizam qaydaları, dərsə davamiyyətin əhəmiyyəti, vahid məktəbli geyimi qaydalarına riayət edilməsi, sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərdən uzaq durmaq, internet və sosial şəbəkələrdən təhlükəsiz istifadə barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, uşaqların ailə və cəmiyyət daxilində hüquqlarının qorunması, valideyn himayəsindən məhrum olmuş və çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi, alternativ qayğı formaları, erkən nikahın mənfi nəticələri, fiziki və psixoloji zorakılığın qarşısının alınması, uşaqların məcburi əməyə cəlb edilməsinin yolverilməzliyi barədə maarifləndirici söhbətlər aparılmışdır.
Həmçinin yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının və cinayətkarlığın profilaktikası, cinayət törətmiş uşaqların islah olunması, onların cəmiyyətə reinteqrasiyası, təhsil və tərbiyə prosesinə yenidən cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Tədbirlər çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların idman, mədəniyyət, yaradıcılıq və ictimai fəaliyyətə cəlb olunması, sağlam mənəvi-psixoloji mühitdə böyüməsi, sosial və psixoloji dəstəyə ehtiyacı olan uşaqların vaxtında müəyyənləşdirilməsi və aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinə də toxunulmuşdur.
Keçirilmiş tədbirlərin əsas məqsədi uşaqlar arasında hüquqi maarifləndirmənin gücləndirilməsi, onların zərərli təsirlərdən qorunması, təhsilə marağının artırılması, sağlam həyat tərzinin təbliği, hüquq pozuntularının qarşısının alınması və uşaq hüquqlarının müdafiəsi sahəsində məktəb, ailə və aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsindən ibarət olmuşdur.
| Bölmə | Qəzet |
| Kateqoriya | Rayon tədbirləri |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 11 saat öncə |
| İzlənib | 3 dəfə |