Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İlham Əliyevin andiçmə mərasimi

0

  • Azərbaycan fevralın 7-də tarixi seçkilərin şahidi olub. Təqribən 30 il fasilədən sonra ilk dəfə ölkənin bütün ərazilərində seçki coşqusu yaşanıb.
    xocalininsesi.az axar.az-a istinadən bildirir ki, bu barədə "Haber Global" telekanalının Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasiminə həsr etdiyi süjetində bildirilib.
    "Seçkilərdən 92,12 % səslə zəfərlə çıxan Prezident İlham Əliyev Azərbaycanın Milli Məclisində and içib və beşinci dövrünə qədəm qoyub", - süjetdə qeyd olunub.
    Bildirilib ki, andiçmə mərasimini yüksək səviyyəli qonaqlarla yanaşı səfirlər də izləyiblər.
    "Seçkilər Azərbaycan üçün tarixi önəm daşıyırdı, çünki təqribən 30 illik fasilədən sonra ölkənin bütün ərazilərində seçki coşqusu yaşanıb. Azad olunmuş ərazilərdə təxminən 22 min seçici səsvermədə iştirak edib. Qarabağın incisi Şuşada, bir vaxtlar separatçı rejimin "paytaxt"ına çevrilmiş Xankəndidə, ermənilərin soyqırımı cinayəti törətmiş Xocalıda və digər azad olunmuş ərazilərdə səsvermə keçirilib", - telekanal vurğulayıb.




    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1183091.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaRəsmi xronika
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 ay öncə
    İzlənib53 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    34
    38