Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır

0

  • Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi.
    Azərbaycanın növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizə olan böyük etimadın göstəricisidir. Bu tədbirdə 100-dən artıq ölkənin nümayəndələrinin iştirak etmələri tədbirin nə qədər önəmli olduğundan xəbər verir.
    Bu gün beynəlxalq arenada bir çox məsələlərin həllində Azərbaycan təcrübəsinə marağın artması belə tədbirlərin məhz ölkəmizdə keçirilməsinin təsadüfi olmadığını göstərir. Artıq Azərbaycan istər enerji təhlükəsizliyi baxımından, istərsə də digər sahələrdə yalnız region deyil, Avrasiya ölkələri üçün də önəmli və etibarlı bir dövlətə çevrilmişdir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da məhz Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək dünyaya öz mesajlarını çatdırdı və müzakirə olunacaq məsələlərə: mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka və s. öz münasibətini bildirdi.
    Dövlət başçımız qeyd etdi ki, 2019-cu ildə Bakıda görüşümüzdən sonra, əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Yeni münaqişələr, yeni qeyri-sabitlik məkanları, yeni təhdidlər yaranıb. Həmin məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var.
    Əsrlər boyu Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkan olduğunu qeyd edən cənab prezident bildirdi ki, Azərbaycan cəmiyyəti ən mühüm dəyərləri –tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayıb. Ölkəmizdə yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub.
    Ölkəmizdə keçiriləcək COP29 tədbirinə də münasibət bildirən dövlət başçımız Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildiyini və Forumda müzakirə edilən bəzi məsələlərin COP29-da da müzakirə ediləcəyini diqqətə çatdırdı. Xüsusilə, iqlim dəyişmələri əsas müzakirə mövzusu olacaq.
    Cənab prezident Azərbaycan və Ermənistan münasibətlərinə də toxunaraq qeyd etdi ki, 30 il doğma torpaqlarımız işğal altında olub. Biz sülhü müharibə yolu ilə təmin etdik. Artıq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün Ermənistanla danışıqlar davam etdirilir.
    Çıxışını yekunlaşdıran cənab prezident Forumun işinə öz töhfələrini verərək uğurlar arzuladı.
    Zülfü Quliyev,
    Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib69 dəfə
    Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır

    Maraqlı gələ bilər
    31
    44
    29
    206
    42