Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Mina təhlükəsinə qarşı birgə mübarizə insan həyatının qorunmasına xidmət edir

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Azərbaycan və Kamboca arasında keçirilən yüksək səviyyəli görüşdə müzakirə olunan ən vacib mövzulardan biri mina təhlükəsi ilə bağlı olmuşdur. Prezident İlham Əliyevin mətbuata bəyanatında bu məsələyə toxunması təsadüfi deyil. Çünki həm Azərbaycan, həm də Kamboca uzun illər mina problemindən əziyyət çəkmiş ölkələrdir.



    Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra qarşıya çıxan ən ciddi problemlərdən biri həmin ərazilərin minalarla çirkləndirilməsi olmuşdur. Prezidentin qeyd etdiyi kimi, işğal dövründə basdırılmış minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya müxtəlif dərəcəli xəsarətlər almışdır. Bu fakt mina təhlükəsinin nə qədər ciddi olduğunu bir daha göstərir.



    Minalar yalnız insanların həyatına təhlükə yaratmır, həm də doğma yurdlarına qayıdan sakinlərin təhlükəsiz yaşayışına və ərazilərin bərpasına mane olur. Buna görə də minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir.



    Hesab edirəm ki, Azərbaycanla Kamboca arasında təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin keçirilməsi bu sahədə faydalı nəticələr verə bilər. İnsan həyatının qorunması bütün məsələlərdən üstün olmalıdır. İnanıram ki, belə əməkdaşlıq mina təhlükəsinin aradan qaldırılmasına və insanların daha təhlükəsiz gələcəyinə mühüm töhfə verəcək.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi15 saat öncə
    İzlənib27 dəfə
    Mina təhlükəsinə qarşı birgə mübarizə insan həyatının qorunmasına xidmət edir
    Maraqlı gələ bilər
    183
    0