Hər bir dövlətin tarixində həmin dövlətin taleyinə bir mənalı şəkildə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Ulu Öndər 15 iyun 1993-cü ildə hakimiyyətə gəlişi ilə yox olmaq təhükəsi ilə üzləşən dövlətimizin müstəqilliyi qorunub saxladı, milli barış və inkişaf dövrü başlatdı. Həmin tarixə qədər ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, respublikada heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı.
Hakimiyyətdə olan yararsız AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu dövlətlərlə də münasibətlər gərginləşmişdi. Belə bir acınacaqlı dövrdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, yeganə çıxış yolu kimi, xalqı bu bəladan qurtaracaq xilaskar şəxs kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördülər.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Xalqın təkidli tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.
Xalqımız 1993-cü ilin 10 oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu özlərinə rəhbəri seçmişdir. Ümummili liderinin rəhbərliyi altında Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Həmin zamanlarda tez bir zamanda siyasi addımlar atmaq, eyni zamanda Ermənistan ilə müharibəni sabitləşdirmək, ölkədəki daxili çəkişmələrə son qoymaq və beynəlxalq əlaqələri yaxşılaşdırmaq qarşıda duran əsas vəzifələr idi. Xalqımızın 1993-cü il böhranından çıxması, 1995-ci ilə qədər daxili çəkişmələrə, qəsblərə qarşı mübarizəsi müstəqil dövlətimiz yaşamasının sınaq dövrü oldu. Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatlan aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.
Ulu öndər Heydər əliyevin rəhbərliyi ilə Ordu quruculuğunda mühüm addımlar atıldı. Ordu dövlətin ərazi bütövlüyünü və suverenliyi təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Hamıya bəllidir ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan ordusudur.
Dövlətimizin inkişaf strategiyası məhz ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və cəna Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.Ulu öndər Heydər Əliyev siyasi kursunu çox yüksək səviyyədə idarə edən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə o vaxtlar AXC rəhbərliyini səriştəsizliyinin nəticəsində işğal olunan torpaqlarımız geri qaytarıldı. Yaşasın müstəqil Azərbaycan Respublikası.
Əlağa Ağayev,
YAP Xocalı rayon təşkilatının sədr müavini