Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Ədaləti Biz Özümüz Təmin Etdik”: Prezident İlham Əliyevin Xocalı ilə Bağlı Tarixi Mesajları.

0

  • “Ədaləti Biz Özümüz Təmin Etdik”: Prezident İlham Əliyevin Xocalı ilə Bağlı Tarixi Mesajları.

    Xocalı Soyqırımı Memorialının açılış mərasimində Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan dövləti ədalətin bərpası məsələsində qətiyyətli mövqe nümayiş etdirmişdir. Dövlət başçısı açıq şəkildə bildirdi: “Ədaləti biz özümüz təmin etdik.”

    Uzun illər ərzində beynəlxalq təşkilatların və bəzi aparıcı dövlətlərin biganə münasibətinə baxmayaraq, Azərbaycan öz haqq səsini susdurmadı. Ermənistanın və onun havadarlarının Xocalı faciəsini ört-basdır etmək cəhdlərinə baxmayaraq, sistemli diplomatik fəaliyyət nəticəsində həqiqətlər dünya miqyasında tanıdıldı. 20-yə yaxın ölkənin Xocalı soyqırımını tanıması mühüm siyasi nailiyyət idi.

    Prezident İlham Əliyev çıxışında xatırlatdı ki, işğal dövründə Azərbaycana müxtəlif təzyiqlər göstərilir, “reallıqla barışmaq” kimi çağırışlar edilirdi. Lakin Azərbaycan rəhbərliyi bu təzyiqlərə boyun əymədi. Dövlət başçısı dəfələrlə bəyan etmişdi ki, ərazi bütövlüyü danışıqlar yolu ilə bərpa olunmazsa, hərbi yolla təmin ediləcək. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bu siyasi iradənin real nəticəsi oldu.

    Cəmi 44 gün ərzində Ermənistan ordusu məğlub edildi və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla yanaşı, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində qanunsuz separatçı rejim ləğv edildi, 15 minlik silahlı dəstə tərk-silah edildi. Bu hadisələr Xocalıya ədalətin bərpasının mühüm mərhələləri kimi tarixə düşdü.

    Prezident həmçinin qeyd etdi ki, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquq çərçivəsində aparmışdır. Ermənistanın mülki əhalini hədəf almasına baxmayaraq, Azərbaycan Ordusu yalnız hərbi obyektləri hədəfə almışdır. Bu, Azərbaycanın mənəvi üstünlüyünü bir daha nümayiş etdirdi.

    Xocalı Memorialının açılışı ilə Azərbaycan dünyaya mesaj verdi: bu dövlət artıq 1990-cı illərin zəif dövləti deyil. Bu gün Azərbaycan güclü iqtisadiyyata, peşəkar orduya və müstəqil siyasətə malikdir. Heç bir təhdid və təzyiq bu iradəni sarsıda bilməz.
    Xocalı rayon gənci Ziya Əliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi16 saat öncə
    İzlənib18 dəfə
    “Ədaləti Biz Özümüz Təmin Etdik”: Prezident İlham Əliyevin Xocalı ilə Bağlı Tarixi Mesajları.

    Maraqlı gələ bilər
    170
    116
    281
    101