Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vaşinqton sənədi ilə Azərbaycan–Ermənistan münaqişəsinə son qoyuldu.

0


  • Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirdi ki, 8 avqust tarixində Vaşinqtonda imzalanan sənəd Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmaya son qoydu. Bu sənədlə 30 ildən çox davam edən müharibə və münaqişə başa çatdı və regionda yeni reallıq formalaşdı. Dövlət başçısı qeyd etdi ki, 1990-cı illərdə Azərbaycan zəif idi, ərazilərinin 20 faizi işğal altında idi, lakin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad edərək beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Onun sözlərinə görə, Azərbaycan heç vaxt intiqam yolunu seçmədi, əsas məqsəd sülh və sabitliyin təmin olunmasıdır.
    Prezident həmçinin vurğuladı ki, Ermənistan Vaşinqton sənədini imzalayıb və bu öhdəlikdən geri çəkilə bilməz, əks halda beynəlxalq təcridə məruz qalacaq. Ermənistan Konstitusiyasında dəyişiklik ediləcəyi halda sülh müqaviləsinin imzalanması üçün bütün maneələr aradan qalxacaq. Əliyev onu da qeyd etdi ki, Azərbaycan tərəfi həmişə praqmatik mövqe sərgiləyib, real vəziyyəti qəbul edib və məhz bu praqmatizmin nəticəsində bu gün regionda sabitliyin əsası qoyulub.
    Xocalı rayon ziyalısı Ulduz Əsgərova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib14 dəfə
    Vaşinqton sənədi ilə Azərbaycan–Ermənistan münaqişəsinə son qoyuldu.

    Maraqlı gələ bilər
    22
    114
    0
    78