Xocalı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Tədbirlər Planına uyğun olaraq rayon məktəblilərinin iştirakı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, "Erkən nikah və onun fəsadları", “Məişət zorakılığına qarşı mübarizə” mövzularında silsilə maarifləndirici tədbirlər keçirilir.
Növbəti maarifləndirici görüş aprelin 24-də Xocalı şəhər 4 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Tədbirdə RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, rayon icra hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev, həmin komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mahnur Məmmədova, “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov Qarabağ Regional İdman İdarəsinin baş məsləhətçisi Bəxtiyar Mahmudov, Xocalı Şəhər Mədəniyyər Evinin müdiri Hafiz Abbasov, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı Cavid Rəhimzadə, məktəbin psixoloqu Kəmalə Cəfərova, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.
Tədbirdə Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva çıxış edərək məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Lamiyə Qarayeva bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini məktəblilərin bir daha diqqətinə çatdırmaq olduğunu qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib.
Lamiyə Qarayeva çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından söz açıb. Lamiyə Qarayeva qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir.
Sonra mövzu ətrafında tədbirdə iştirak edən komissiya üzvləri öz fikirlərini bildirdilər.
Yazıda yenilənmə gedir...