TƏBİB-in tabeliyində olan Xocalı Rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqadar tədbir keçirilib.
İlk olaraq 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümumi şöbənin müdiri Nuriyyə Hüseynova bildirib ki, "34 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror idi. 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürür və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Bu faciəni unutmamalıyıq! Unutsaq, azadlığımızın, müstəqilliyimizin qədrini bilmərik.
20 Yanvar şəhidləri müstəqilliyimizin ilk qaranquşları idi. Ona görə də 20 Yanvarı təkcə faciə, hüzn günü adlandırmaq olmaz. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təntənəsidir. Eyni zamanda, bütün dünyanı heyrətdə qoyan mərdlik, igidlik, haqsevərlik uğrunda mübarizənin təntənəsidir. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq".
Faciə qurbanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub. 2000 ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümumxalq Hüzn Günü elan edilib.
Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.