Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bakı və Abşeron yarımadası üçün yeni su strategiyası: 2026–2035-ci illərin Dövlət Proqramı.

0

  • Bakı və Abşeron yarımadası üçün yeni su strategiyası: 2026–2035-ci illərin Dövlət Proqramı.
    Bakı şəhəri və Abşeron yarımadası Azərbaycanın ən sıx məskunlaşmış ərazisi olmaqla yanaşı, su təchizatı baxımından da ən həssas bölgələrdən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə vurğulandığı kimi, mövcud problemlərin köklü həlli üçün genişmiqyaslı və uzunmüddətli dövlət proqramının qəbulu zəruri idi. Məhz bu zərurətdən irəli gələrək 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanıb və təsdiqlənib.

    Proqramın əsas məqsədi Bakı, Sumqayıt və Abşeron rayonunu dayanıqlı içməli su ilə təmin etmək, kanalizasiya və yağış suları sistemlərini müasir tələblərə uyğun qurmaqdır. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması və fasiləsiz su ilə təmin olunan əhalinin payının 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, yağış sularının idarə olunması üçün Bakının əsas küçələrində yeni kollektor şəbəkələrinin qurulması şəhər həyatının normal axarını təmin edəcək.

    Ekoloji təhlükəsizlik proqramın əsas istiqamətlərindən biridir. Dənizə buraxılan tullantı sularının tam təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və ölkədə ilk dəfə duzsuzlaşdırma zavodunun inşası su ehtiyatlarının şaxələndirilməsinə xidmət edəcək. Rəqəmsal texnologiyaların, SCADA və IoT sistemlərinin tətbiqi isə su sektorunda idarəetməni daha çevik və səmərəli edəcək. Bu proqram Bakının və Abşeron yarımadasının uzun illər yığılıb qalmış su problemlərinin mərhələli və dayanıqlı həllinə yönəlmiş strateji sənəd kimi xüsusi əhəmiyyət daşıyır.
    Xocalı rayon gənci Kənan Quliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib22 dəfə
    Bakı Abşeron yarımadası üçün yeni su strategiyası: 2026–2035 ci illərin Dövlət Proqramı.

    Maraqlı gələ bilər
    48
    122
    150
    92