8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə bayram deyil, həm də qadınların cəmiyyətdəki əvəzolunmaz rolunu dərk etmək və onlara göstərilən hörmətin ifadəsidir. Qadınlar ailənin təməl daşı, gələcək nəsillərin tərbiyəçisi və cəmiyyətin inkişafında mühüm rol oynayan qüvvədirlər.
Tarix boyu qadınlar öz zəhmətləri, müdriklikləri və fədakarlıqları ilə müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə ediblər. Onlar elm, mədəniyyət, siyasət və iqtisadiyyat sahələrində böyük uğurlara imza ataraq, cəmiyyətin inkişafına əvəzsiz töhfələr veriblər. Müasir dövrdə qadınların sosial və peşəkar həyatda daha geniş imkanlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan dövləti qadınların hüquq və azadlıqlarının qorunmasına, onların müxtəlif sahələrdə aktiv iştirakına xüsusi diqqət yetirir. Qadınların təhsili, işgüzar fəaliyyəti və sosial rifahı üçün yaradılan şərait onların uğur qazanmasına və cəmiyyətə daha böyük töhfələr verməsinə şərait yaradır.
Bu gözəl bayram münasibətilə bütün qadınları səmimi-qəlbdən təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. Qoy hər bir qadın hörmət və sevgi ilə əhatə olunsun, onların zəhməti və fədakarlığı həmişə layiqincə qiymətləndirilsin!
8 Mart – Qadınlara ehtiramın rəmzi olan bir gündür!
Xocalı rayon ziyalısı Vüsal Mustafayev