Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Səsvermə başa çatdı - FOTO

0

  • 19:00
    Azərbaycanda bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə saat 19:00-da başa çatıb.
    xocalininsesi.az xəbər verir ki, seçkilərin yekununda 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək.
    Bələdiyyə seçkilərində səsvermə keçirilən seçki məntəqələrinin sayı 5 846-dır. Bunlardan 5 734-ü daimi, 112-si müvəqqəti məntəqələrdir.
    Seçkidə səsvermə hüququ olan 5 961 987 seçici iştirak etmə hüququ olub.
    Bələdiyyə seçkilərində 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib.
    16 092 namizədin 8 424-ü 23 siyasi partiya tərəfindən irəli sürülənlərdir. Namizədlərin 8 504-ü 24 siyasi partiya mənsubları, 7 588-i bitərəflərdir. Namizədlərin təqribən 31%-i qadınlar, təqribən 82%-i ali təhsillidir.
    Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərdən 26 260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.
    Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin təqribən 41%-i 21-35 yaş arasında olanlardır.
    1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
    --------
    08:00

    Azərbaycanda bütün seçki məntəqələrində saat 08:00-dan etibarən bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib.
    xocalininsesi.az xəbər verir ki, 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək.
    Bələdiyyə seçkilərində səsvermə keçirilən seçki məntəqələrinin sayı 5 846-dır. Bunlardan 5 734-ü daimi, 112-si müvəqqəti məntəqələrdir.
    Seçkidə səsvermə hüququ olan 5 961 987 seçici iştirak edə biləcək.
    Bələdiyyə seçkilərində 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib.
    16 092 namizədin 8 424-ü 23 siyasi partiya tərəfindən irəli sürülənlərdir. Namizədlərin 8 504-ü 24 siyasi partiya mənsubları, 7 588-i bitərəflərdir. Namizədlərin təqribən 31%-i qadınlar, təqribən 82%-i ali təhsillidir.
    Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərdən 26 260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.
    Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin təqribən 41%-i 21-35 yaş arasında olanlardır.
    1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
    Qeyd edək ki, səsvermə prosesi saat 19:00-dək davam edəcək.

    xocalininsesi.az 

    Mənbə: https://news.milli.az/country/1260340.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi2 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    72
    56
    82