Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xalqın Səsi, Xalqın Seçimi – Heydər Əliyev

0


  • 1993-cü ilin payızı heç vaxt yaddan çıxmaz. O dövrdə Azərbaycanda yaşamaq həm çətin idi, həm də qorxulu. Hər tərəfdə gərginlik, müharibə, xaos... Xalq nə edəcəyini, kimə ümid bağlayacağını bilmirdi. Hər kəs bir çıxış yolu axtarırdı. Elə bu vaxt bir ad dillərdən düşmürdü – Heydər Əliyev.

    Hamı bilirdi ki, bu adam qayıtsa, nəsə dəyişəcək. Çünki o, bu xalqın yaddaşında təkcə siyasətçi kimi yox, həm də güvənc yeri kimi qalmışdı. Neçə illər əvvəl Azərbaycanı inkişaf etdirmişdi, indi isə onu xilas etməyə gəlirdi. 3 oktyabr günü xalq bütün varlığı ilə seçimini etdi. Səsvermə sadəcə rəsmi bir hadisə deyildi – bu, xalqın öz taleyinə sahib çıxması idi.

    O gündən sonra nələr dəyişmədi ki... Ölkəyə sabitlik gəldi, vətəndaş içini rahatlıqla çəkdi. Heydər Əliyev prezident oldu, amma heç vaxt xalqa yuxarıdan baxmadı. Hər dəfə çıxışlarında "xalq" deyəndə bunu ürəkdən deyirdi. Onun sözləri sadə adamın da ürəyinə çatırdı, savadlı ziyalının da. Çünki o xalqdan çıxmışdı, xalq üçün yaşayırdı.

    O, hər zaman deyirdi: "Mən həyatımı xalqıma həsr etmişəm." Biz də şahid olduq ki, bu sadəcə söz deyildi, bu bir həyat tərzi idi. Gecə-gündüz işləyirdi, ölkəni bir uçurumun kənarından geri qaytardı. Dövlət qurdu, ordu yaratdı, millətin birliyini bərpa etdi. Bütün bunların təməli də məhz o 3 oktyabrda atıldı.

    Bu gün arxaya baxanda anlayırıq ki, o seçki təkcə bir Prezident seçkisi deyildi – bu, Azərbaycanın gələcəyini seçmək idi. Xalq bir daha ayağa qalxdı, çünki artıq onun arxasında dayanan bir dağ vardı – Heydər Əliyev kimi bir lider.

    Zaman keçir, nəsillər dəyişir, amma o günün önəmi azalmır. Çünki xalqın səsi susmadı o gün – əksinə, tarixə yazıldı. Heydər Əliyev təkcə bir lider deyildi, o, xalqın inamı idi. Bu inam sayəsində bu gün güclü, müstəqil Azərbaycan var

    Xocalı rayon ziyalısı Aydın Həsənov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib28 dəfə
    Xalqın Səsi Xalqın Seçimi Heydər Əliyev

    Maraqlı gələ bilər
    96
    121
    134