2025-ci il – Azərbaycan tarixində sülhün və siyasi qələbənin rəsmiləşdiyi il.
2025-ci il Azərbaycan Respublikasının müstəqillik tarixində xüsusi əhəmiyyətə malik bir mərhələ kimi yadda qalmışdır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd olunduğu kimi, məhz bu il Ermənistan–Azərbaycan münaqişəsinə siyasi baxımdan tam və qəti şəkildə son qoyulmuşdur. Azərbaycan dövləti döyüş meydanında əldə etdiyi tarixi Qələbəni beynəlxalq siyasi müstəvidə də təsdiqlətmişdir.
Uzun illər müharibə şəraitində yaşayan Azərbaycan cəmiyyəti ilk dəfə real və davamlı sülh mühitinə qədəm qoymuşdur. Sülhün ilk aylarında belə onun müsbət nəticələri özünü göstərməkdədir. Ölkədə sabitlik və təhlükəsizlik daha da möhkəmlənmiş, ictimai əhvali-ruhiyyə yüksəlmiş, gələcəyə inam artmışdır. Prezident İlham Əliyev bu mərhələnin ölkənin qarşısında duran bütün strateji vəzifələrin uğurla icrasına geniş imkanlar açdığını xüsusi vurğulamışdır.
Bu siyasi qələbə təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini gücləndirmişdir. Artıq Azərbaycan qalib, suveren və öz sözünü deyən dövlət kimi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur.
Xocalı rayon gənci Bəxtiyar Allahverdiyev.