Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Alimlər uzun ömrlülüyün sirrini tapdı - 100 qramı 2 manatdır

0

  • Alimlər uzunömürlülüyün sadə formulunu açıqlayıblar.
    xocalininsesi.az xəbər verir ki, Britaniya alimlərinin bu barədə araşdırması "British Journal of Nutrition" (BJN) jurnalında dərc olunub.
    Tədqiqat göstərib ki, düzgün nisbətdə qəhvə, çay və su içmək ömrü uzada bilər. Ən aşağı erkən ölüm riski gündə təxminən 7-8 fincan içki qəbul edənlərdə qeydə alınıb. Burada ideal nisbət: iki fincan qəhvə, üç fincan çay.
    Araşdırma UK Biobank-dan 182 mindən çox iştirakçının məlumatları əsasında aparılıb və onları 13 il boyunca izləyiblər. "Balanslı rejim"ə riayət edən şəxslər ürək-damar, tənəffüs və həzm sistemi xəstəliklərindən daha az ölüb. Gündə dörd fincandan az içki effekt vermir.
    Alimlər izah edirlər ki, qəhvə xlorogen turşusu ilə damarları və bağırsağı qoruyur, çay isə iltihab əleyhinə katexinlər ehtiva edir. Birlikdə bunlar orqanizmin antioksidant müdafiəsini gücləndirir.
    Eyni zamanda mütəxəssislər xəbərdarlıq edirlər ki, qəhvənin həddindən artıq (gündə üç fincandan çox) qəbulu yuxusuzluq və ürək döyüntülərinin artmasına səbəb ola bilər. Buna görə miqdarın düzgün tənzimlənməsi vacibdir.
    İsmayıl
    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/health/1301804.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaSağlamlıq
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 həft. öncə
    İzlənib9 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    105
    13
    107
    99
    0