Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olundu

0

  • Mayın 9-u Vətən Müharibəsi şəhidi, kəşfiyyatçı gizir, ölümündən sonra "Vətən uğrunda", 'Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmiş Ramazanlı Əlizamin Umud oğlunun doğum günüdür.
    Əlizamin Ramazanlının doğum günündə döyüş yoldaşları, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, Xocalı rayon Kosalar, Bəşkənd, Yaloba kənd məktəblərinin və Xocalı şəhər 3 saylı tam orta məktəbin kollektivi, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş şəhidimizin məzarını ziyarət edərək gül dəstələri düzdülər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər. Şəhidimizin atası Umud kişi ilə görüş zamanı adını Şanlı Zəfər tariximizə yazdıran Ramazanlı Əlizaminin xalqımızın qüruru olduğu, igid döyüşçümüzün qəlbimizdə, yaddaşımızda əbədi yaşayacağı diqqətə çatdırıldı.
    Qeyd edək ki, Ramazanlı Əlizamin 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindən olan Əlizaminin doğum günü ata-baba yurdunun işğalı günü ilə eyni tarixə düşürdü. Uşaq yaşlarından düşmənə nifrət hissi bəsləyən Əlizamin Vətən müharibəsində düşməndən qisas almaq üçün igidliklə döyüşlərə qatıldı. O, Murovdağ silsiləsinin alınması uğrunda gedən döyüşlərdə, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərdə iştirak edib. İgid döyüşçümüz oktyabr ayının 9-da Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
    Əlizamin kimi igidlər Qarabağ Azərbaycandır deyərək qanları ilə tarix yazdılar. Onların müqəddəs mübarizəsi qələbəmizlə yekunlaşdı, Qarabağı yağı düşmən tapdağından azad etdik. Əlizamin Kosalar kəndinə ilk bayraq sancan döyüşçü olmaq istəyirdi. Bu gün Kosaları düşmən tapdağı inildətmir. Əminik ki, bütün şəhidlərimiz kimi Əlizaminin də ruhu şaddır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib70 dəfə
    Şəhidin doğum günündə məzarı ailəsi ziyarət olundu

    Maraqlı gələ bilər
    28