Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfərimiz gələcək nəsillərə ən böyük mirasımızdır

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 8 Noyabr – Zəfər Günü təkcə keçmişdə qazandığımız qələbəni xatırladan bir tarix deyil, həm də gələcəyimiz üçün böyük mənəvi dəyər daşıyan gündür. Azərbaycan xalqı 2020-ci ildə bütün dünyaya sübut etdi ki, Vətən sevgisi, birlik və qətiyyət ən çətin sınaqlardan qalib çıxmağa imkan verir.



    Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi xalqımızın öz gücünə və gələcəyinə inamını daha da artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə müstəqil Azərbaycanın ən şərəfli səhifələrindən birinə çevrildi.



    Bu gün gənc nəslin Vətən müharibəsi haqqında düzgün məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Uşaqlarımız bilməlidirlər ki, torpaqlarımızın azadlığı uğrunda necə böyük mübarizə aparılıb, igid əsgərlərimiz hansı çətinliklərdən keçiblər. Onlar şəhidlərimizin qəhrəmanlığını öyrənərək Vətənə bağlı və məsuliyyətli vətəndaş kimi böyüməlidirlər.



    Bizim ən böyük arzumuz bundan sonra ölkəmizdə daim sülhün və əmin-amanlığın hökm sürməsidir. Qazanılmış qələbəni qorumaq, dövlətimizin inkişafına töhfə vermək və gələcək nəsillərə güclü Azərbaycan miras qoymaq hər birimizin vətəndaşlıq borcudur.



    8 Noyabr Zəfəri bizim qürurumuz, tariximiz və gələcəyə olan inamımızdır.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 saat öncə
    İzlənib2 dəfə
    Zəfərimiz gələcək nəsillərə ən böyük mirasımızdır
    Maraqlı gələ bilər
    351
    145
    200
    97
    166
    213
    204