Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Siqaret çəkmək haramdır? - AÇIQLAMA

0

  • Bir çoxları deyir ki, ziyanlı olan bir şey həm də haramdır. Buna görə də onlar siqaretin də haram olduğunu iddia edirlər. Dində siqaretlə bağlı nə buyurulub? Siqaret haramdır?
    xocalininsesi.az xəbər verir ki, bu barədə ilahiyyatçı Elşad Miri bildirib ki, Quranda nələrin haram olduğu müəyyənləşdirilib, başqa kiminsə nəyisə haram elan etməsi mümkün deyil. Hətta peyğəmbərin belə haram qoymaq səlahiyyəti olmayıb:
    "Siqaret çəkmək insanın özünə zərər verir, ətrafındakılara ziyanı var. Həmçinin israf sayılır. Bəziləri bu 3 nüansı nəzərə alaraq iddia edir ki, siqaret haramdır. Amma bu, yenə də doğru deyil. Çünki ona qalsa, insan sevdiyi bir paxlavanı belə çox yediyi zaman ona zərərli olur və şəkər xəstəliyinə gətirib çıxarır. Yaxud bu gün kiminsə maşının tərkibindən çıxan karbon maddəsi kənardakı insanlara təsir eləyir və s. Bu siyahını artıra bilərik. Ancaq bu məsələlərə görə nəyinsə haram olduğunu iddia etmək doğru deyil. Doğrudur, siqaret zərərlidir, xoş qarşılanmır, insanlara heç bir faydası yoxdur, ona görə bundan uzaqlaşmaq lazımdır. Lakin bunu Allahın əmri kimi təqdim etmək və haram demək düzgün deyil".
    İlahiyyatçı vurğulayıb ki, siqareti qadağan etmək olar:
    "Necə ki ictimai yerlərdə çəkilməsini yasaqlaya bilərlər. İnsanın bəzən özündən utanmasına gətirib çıxaracaq şərait yaradıla bilər ki, bunun nəticəsində insan həqiqətən siqaretdən iyrənər, tərgidər və həyatını daha təmiz şəkildə davam etdirər. Eyni prizmadan qəlyana da yanaşa bilərik"./metbuat.az
    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/country/1259345.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaMaraqlı
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 ay öncə
    İzlənib40 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    60
    68
    5
    120