Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qubadlı – qədim tarixə və zəngin təbiətə malik yurd.

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Qubadlı – qədim tarixə və zəngin təbiətə malik yurd.



    Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu əlverişli coğrafi mövqeyi, dağlıq relyefi, zəngin meşələri, çayları və məhsuldar torpaqları ilə seçilir. Rayonun ərazisi 802 kvadrat kilometrdir. Qubadlı tarixən özünün təbii gözəlliyi, kənd təsərrüfatı ənənələri və zəhmətkeş insanları ilə tanınıb.



    Rayonun ərazisindən Həkəri və Bərgüşad çayları, eləcə də onların qolları axır. Bu çaylar bölgənin təbii landşaftının formalaşmasında, əkinçilik və heyvandarlığın inkişafında mühüm rol oynayıb. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi ərazilər münbit torpaqları ilə seçilib, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli şərait yaradıb.



    İşğala qədər Qubadlı rayonunun təsərrüfat həyatında taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq mühüm yer tuturdu. Meşə ehtiyatları, təbii dərman bitkiləri və müxtəlif faydalı qazıntı yataqları rayonun iqtisadi potensialını daha da artırırdı.



    Qubadlının təbiəti və sərvətləri bu yurdun sakinlərinin həyat tərzinin, təsərrüfat ənənələrinin və mədəni yaddaşının ayrılmaz hissəsi olub. Buna görə də rayonun yenidən qurulması yalnız yaşayış evlərinin tikilməsi deyil, həm də burada formalaşmış həyatın, təsərrüfat münasibətlərinin və sosial mühitin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.



    Xocalı rayon gənci Kənan Quliyev.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib27 dəfə
    Qubadlı – qədim tarixə və zəngin təbiətə malik yurd.
    Maraqlı gələ bilər
    215
    0
    409