Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?

0

  • Nüfuzlu "The New York Times" nəşri İranın Ali dini lideri Ayətullah Əli Xameneinin öldürüləcəyi təqdirdə onun yerinə keçəcək adamın hansı formada seçiləcəyi ilə bağlı yazı dərc edib.
    xocalininsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, nəşr yazını üç İran rəsmisinə istinadən yayımlayıb.
    Qeyd edilib ki, Ali lider vəfat edərsə, İran konstitusiyası 88 üzvdən ibarət Ekspertlər Assambleyasının varis seçməsini tələb edir.
    Məlumata görə, Xameneinin özü 1989-cu ildə seçiləndən sonra proses yalnız bir dəfə tətbiq edilib.
    Nəşr bildirir ki, Xamenei ölümü halında sürətli, nizamlı keçidi təmin etmək niyyətindədir.
    Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Xameneinin "asan hədəf" olduğunu bildirərək, hələlik onun öldürülməsinə lüzum duymadığını deyib.
    İsrailin Baş naziri Benyamin Netanyahu Ali lideri hədəf almağı istisna etməyib və deyib ki, "Onun ölümü münaqişəni sona çatdıracaq".
    İsrailin müdafiə naziri İsrael Katz isə bəyan edib ki, Xameneinin İsraildəki xəstəxanaya "vur" əmrindən sonra onun varlığına icazə verilə bilməz.

    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/iran/1283470.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməMüharibə
    KateqoriyaMüharibələr
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi1 həft. öncə
    İzlənib11 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    78
    73
    87
    152