0
Yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Xocalı rayonunda əhali arasında maarifləndirici görüş təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi vətəndaşlara elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi, bu xidmətlərin əlçatanlığının artırılması və vahid rəqəmsal icra hakimiyyəti portalının üstünlükləri barədə məlumat vermək olmuşdur. Görüş zamanı iştirakçılara bildirildi ki, yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi xidmətlərin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunması və vahid platforma üzərindən təqdim edilməsi vətəndaş-məmur münasibətlərində şəffaflığın və operativliyin təmin edilməsinə xidmət edir.
Çıxış edənlər qeyd etdilər ki, rəqəmsal xidmətlərin tətbiqi vətəndaşların vaxt itkisinin qarşısını alır, müraciət prosesini sadələşdirir və xidmətlərin daha rahat şəkildə əldə olunmasına şərait yaradır. Eyni zamanda, vətəndaşlara elektron müraciətlərin göndərilməsi, onlayn arayışların alınması və digər xidmətlərdən istifadə qaydaları ətraflı izah olunmuşdur.
Maarifləndirici tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılmış, onların təklif və rəyləri dinlənilmişdir. Vurğulanmışdır ki, gələcəkdə də bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək və əhalinin rəqəmsal xidmətlərdən istifadə bacarıqlarının artırılması istiqamətində müvafiq işlər görüləcəkdir.
Sonda iştirakçılara elektron xidmətlərdən istifadə üzrə məlumatlandırıcı materiallar təqdim olunmuşdur.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 gün öncə |
| İzlənib | 6 dəfə |