Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Narkomaniyaya qarşı mübarizə” və “Erkən nikahların qarşısının alınması” mövzusunda maarifləndirici görüş keçirildi

0

  • 22.12.2023-cü il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon Mədəniyyət Evində “Narkomaniyaya qarşı mübarizə” və “Erkən nikahların qarşısının alınması” mövzusu ətrafında rayon ziyalıları və rayon ictimaiyyətinin bir qrup nümayəndələri ilə maarifləndirici görüş keçirildi.
    Görüşdə narkomaniyanın törətdiyi ağır fəsadlara və erkən nikahın mənfi nəticələrinə aid videoçarx nümayiş etdirildi.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digər natiqlər “Narkomaniyaya qarşı mübarizə” və “Erkən nikahların qarşısının alınması” mövzusunda ətraflı məlumat verdilər. Bildirildi ki, Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Azərbaycan narkomaniyanın Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.
    Tədbirdə həmçinin erkən nikahların qarşısının alınmasına dair müzakirələr oldu. Vurğulandı ki, qız övladlarının məktəbdən yayındırılaraq erkən nikaha cəlb edilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qaçınılmazdır. Bu prosesdə iştirak edən valideynlər də, əlaqədər şəxslər də özlərində məsuliyyət hiss etməli və hüququn aliliyindən kənarda qalmamalıdırlar.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib70 dəfə
    “narkomaniyaya qarşı mübarizə” “erkən nikahların qarşısının alınması” mövzusunda maarifləndirici görüş keçirildi

    Maraqlı gələ bilər
    32
    62
    0