Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda Novruzun gəlişi təntənə ilə qeyd olunur - FOTOLAR

10/5

  • Xalqımızın ən qədim adət-ənənələrindən olan milli birlik və həmrəylik bayramı Novruz xocalıların kompakt şəkildə müvvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də böyük ruh yüksəkliyi ilə qeyd edilir.
    Xocalininsesi.az xəbər verir ki, baharın gəlişi münasibətilə martın 18-də Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evinin qarşısında ümumrayon bayram şənliyi keçirilib.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, qazilər, məktəblilər və qəsəbə sakinləri iştirak ediblər.
    Tədbir iştirakçıları ilk olaraq xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən sərgilərə, guşələrə baxıb və milli mətbəx nümunələri ilə tanış olublar.
    Novruzun personajları olan Kosa və Keçəl şənlik boyunca məzəli oyunları, dadlı və duzlu zarafatları ilə hamıya xoş əhvali-ruhiyyə bəxş ediblər.

    Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov tədbir iştirakçılarını baharın gəlişi münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Hər il beynəlxalq səviyyədə qeyd olunan bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisi olduğunu qeyd edib. Bildirib ki, bu gün Xocalıda bayram tonqalları qalanır. Xalqımızın onilliklər ərzində olan arzuları çin olub.

    Novruz tonqalını rayonumuzun icra başçısı Şahmar Usubov, İkinci Qarabağ müharibəsi iştirakçısı Tacir Rəcəbovla birgə alovlandırıb. Süvarilər şanlı bayrağımızı at üstündə əllərində qaldıraraq bayram tonqalı ətrafında dövrə vurublar.

    Milli oyunumuz olan dirədöyməyə, ipdartma yarışına, xoruz döyüşünə baxılıb. Şagirdlər yumurta döyüşdürüb, oyun oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.

    Bayram şənliyi rayonun bədii özfəaliyyət kollektivinin hazırladıqları maraqlı konsert proqramı və şagirdlərin səhnəcikləri ilə davam edib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib162 dəfə
    novruz

    Maraqlı gələ bilər
    175
    290
    69
    118
    66