Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Oğuz Eli Sivasda Ələvi Türkman Tufanı Qopub

5/5

  • Qardaşlaşdığımız Məmləkət Sivas Qəzətinin rəhbəri Melda Geneş-in xəbərinə görə bildiririk.

    Səlcuqlar, Danişməndlilər, Ərətnalılar, Qazi Bürhanəddin dövrlərinin mədəniyyət paytaxtı Sivasda Ələvilik və Bəktaşilik üzrə elmi konfrans keçirilib.

    Oğuz türklərinin qədim şəhəri Sivasda Ələvi türkman tayfaları 13-cü əsrdən bu yana yaşamağa davam edirlər. Ələvi türkmanlar Səlcuqların süqutu və Osmanlı imperiyasının yaranması prosesində Anadolu türklərinin milli mədəniyyətinin ərsəyə gəlməsində mühüm rol oynamışdır. Hətta Səfəvilər dövlətinin yaranmasından sonra Şah İsmayıl Xətai və Qızılbaşların böyük dəstəkçisi olmuşlardır.

    Ələvilər barədə elmi tədqiqat aparan akademiklər və ziyalılar Türk Eğitim-Sen adlanan müəllimlər sindikatı və Ələvilərin ictimai birliyi kimi fəaliyyət göstərən Cem Vakfının Sivas şöbələrinin rəhbərliyində təşkil olunan elmi konfransda çıxış ediblər. Tarix, mədəniyyət və musiqi xadimlərinin elmi araşdırmaları çərçivəsində keçirilən tədbirdə Professor Əli Yaman (Ali Yaman), Professor Qiyasəddin Aydaş (Gıyasettin Aytaş), Peşəkar Klinik Psixoloq Əlirza Ərdoğan (Ali Rıza Erdoğan) və Doktor Dilarə Aldaş (Dilara Altaş) Ələvilik və Bəktaşiliyi hər cəhətdən işıqlandırıblar. Elmi konfransın yönəldicisi Dosent Salman Ablak (Selman Ablak) olub.

    Türk Eğitim-Sen Sivas şöbəsinin sədri Yüksəl İgid (Yüksel Yiğit) və Cem Vakfı Sivas şöbəsinin sədri Ünal Qaradaş-ın (Ünal Karataş) xalqı salamlayışından sonra başlayan elmi konfransda Yəsəvilik, Hacı Bəktaş Vəlinin fəlsəfi fikirləri, Ələvi-Bəktaşi musiqisi və Ələvi türk cəmiyyətində qadına verilən dəyər haqqında maraqlı faktlar açıqlanıb. Peşəkar Klinik Psixoloq Əlirza Ərdoğan eyni zamanda sənətkar olduğuna görə Ələvi deyişləri konserti verib. Elmi konfrans və konsert proqramı Sivaslılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

    Sənətkar Əlirza Ərdoğanın bioqrafiyası

    Əlirza Ərdoğan 1970-ci il 24 dekabr tarixində Sivas şəhərinin Kangal rayonunun Çətinkaya kəndində anadan olub. Orta təhsilini Çətinkaya Liseyində başa vurduqdan sonra Marmara Universitetində Psixologiya üzrə bakalavr dərəcəsi alıb. Daha sonra İstanbul Universitetinin Sağlamlıq Elmləri İnstitutunda və İstanbul Əsənyurd Universitetində Klinik Psixologiya ixtisası üzrə magistratura təhsilini uğurla tamamlayıb.

    1992-ci ildən bəri psixologiya sahəsində fəaliyyət göstərərək cəmiyyətə xidmət edir. Əlirza Ərdoğan, Anadolu Ələviliyinin mədəniyyətini və musiqi irsini bəşəriyyətə layiq şəkildə təqdim etməyə çalışan sənətkar kimi tanınır. Onun şəxsi musiqi albomları arasında “Doğruya Gəl”, “Oy Bebek”, “Dost Telindən”, “Rüzgar Ters Döndü” və “Dört Qapı” yer alır. Bundan əlavə, ifa etdiyi xalq mahnıları da dinləyicilər tərəfindən maraqla qarşılanır.

    O, Cem TV və Azərbaycanda, eləcə də Türkiyənin Qars və İğdır şəhərlərində geniş izləyici kütləsinə sahib olan Kanal 12 kimi televiziya kanallarında musiqi və psixologiya mövzusunda verilişlər hazırlamış və aparıcılıq etmişdir. Hazırda İstanbulda özünün təsis etdiyi Reaksiyon Psixologiya Mərkəzində fəaliyyətini davam etdirir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməDünya
    KateqoriyaTürkiyə
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib240 dəfə
    oğuz eli sivasda Ələvi türkman tufanı qopub

    Maraqlı gələ bilər
    98
    148
    94
    68