Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Parlament seçkiləri bu tarixdə keçiriləcək

0

  • Növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirildi, amma bu o demək deyil ki, növbəti seçkilər 2025-ci ilin fevral ayında keçirilməlidir.
    xocalininsesi.az xəbər verir ki. bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Çingiz Qənizadə deyib.
    "Konstitusiyanın 98-ci maddəsində qeyd olunur ki, növbədənkənar parlament seçkiləri keçirildikdə deputatların səlahiyyət müddəti 5 ildən az ola bilər. Həmin maddədə göstərilir ki, seçkilər beş ildən bir noyabr ayının 1-ci bazar günündə keçirilir. Digər tərəfdən, qanuna görə, parlament seçkiləri irəli çəkilə bilər, ancaq ertələnə bilməz. Başqa sözlə desək, əgər 5 il müddətinin tamam olmasını gözləsək, onda seçki Konstitusiyaya görə 2025-ci ilin noyabrında keçirilməlidir. Bu isə parlamentin səhaliyyət müddətinin uzadılması deməkdir ki, buna da heç bir hərbi, fövqəladə səbəb yoxdur. Buna görə də Azərbaycanda parlament seçkilərinin 2024-cü ilin noyabrında keçiriləcəyini gözləmək olar", - o bildirib.
    Ç.Qənizadə vurğulayıb ki, hətta parlament seçkilərinin noyabrdan da tez keçirilməsi mümkündür:
    "Prezident seçkiləri növbədənkənar olduğuna görə, 2024-cü ildə yeni dövr başlayacaq və yeni parlamentin də daha tez yaranmasına ehtiyac olacaq. Ola bilər ki, parlament seçkiləri bir az da qabağa çəkilsin. Bunu da zaman göstərəcək. Bu məsələlərə toxunmadan qeyd etmək istəyirəm ki, parlament seçkiləri Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq, yəni 5 ildən sonra yox, 5-ci ilin - 2024-cü ilin noyabrın 3-də keçiriləcək".


    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1169901.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaDaxili siyasət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi4 ay öncə
    İzlənib76 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    0
    35