Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyevin Euronews-a Müsahibəsi: Azərbaycanın Milli Maraqları və Qlobal Çağırışlar.

0


  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verib. Müsahibədə dövlət başçısı forumun əhəmiyyətini vurğulayaraq, beynəlxalq arenada vəziyyətin kəskin dəyişdiyi bir vaxtda iştirakçıların qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini bölüşmələrinin vacibliyini qeyd edib.
    Prezident Əliyev, həmçinin, dünyada nizamlı sistemin olmamasına diqqət çəkərək, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesinin getdiyini bildirib. O, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olduqlarını qeyd edərək, Azərbaycanın milli maraqlarını qorumaqda heç bir quruma arxalanmadığını vurğulayıb.
    Cənubi Qafqaz regionundakı vəziyyətə toxunan dövlət başçısı, regionun hazırda nisbətən sakit dövrdə olduğunu, lakin bu sakitliyin real addımlarla təmin olunmasının vacibliyini bildirib. O, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasının və qonşuluq şəraitində yaşamağa çalışılmasının zəruriliyini qeyd edib.
    Prezident İlham Əliyevin bu müsahibəsi, Azərbaycanın milli maraqlara yönəlik xarici siyasət kursunu və hədəflərə çatmaqda öz gücünə arxalandığını bir daha nümayiş etdirib.
    Xocalı rayon ziyalısı Məmməd Nağıyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib41 dəfə
    Prezident İlham Əliyevin Euronews a Müsahibəsi: Azərbaycanın Milli Maraqları Qlobal Çağırışlar.

    Maraqlı gələ bilər
    355
    169
    75