Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq

0

  • Yanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq.

    APA xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, sabah Xocalı şəhərinə 6 ailə (25 nəfər), Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola salınacaq.

    Onlar əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44 ailə, Ballıca kəndinə isə 48 ailə köçürülüb.

    Xatırladaq ki, Ballıca kəndinə sonuncu köç dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub.

    Həmin gün Ballıca kəndinə 21 ailə(119) nəfər köçürülüb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib239 dəfə
    Sabah Xocalı şəhərinə Ballıca kəndinə növbəti köç olacaq

    Maraqlı gələ bilər
    118