Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Savaşın yox, sülhün başlanğıcı

0


  • Artıq Qarabağla bağlı söz-söhbətlər, mübahisələr, bitməyən narahatlıqlar tarixə çevrilir. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirdi ki, Vaşinqtonda imzalanan sənədlə Azərbaycan və Ermənistan arasında qarşıdurma başa çatdı. Bu cümlə təkcə diplomatik açıqlama deyil, hər bir azərbaycanlının ürəyinə su səpən xəbərdir.
    Xalqımız 30 ildən çoxdur ki, “müharibə olacaqmı?”, “yenidən itki verəcəyikmi?” kimi suallarla yaşayırdı. 90-cı illərdə dövlətimiz zəif idi, torpaqlarımız işğal olundu, yüz minlərlə soydaşımız ev-eşiyindən didərgin düşdü. 2020-ci ildə isə 44 günlük Vətən müharibəsində biz torpaqlarımızı azad etdik və qürurumuzu qaytardıq. İndi isə həmin zəfər masa arxasında sənədlə təsdiqlənir.
    Prezident açıq dedi: Azərbaycanın məqsədi intiqam yox, sabitlikdir. Ermənistan imza atıb və artıq geri dönüş yoxdur. Sadəcə Konstitusiyalarında bəzi dəyişikliklər edilməlidir, sonra sülh müqaviləsi də imzalanacaq. Bu, regionda tamamilə yeni bir mərhələ deməkdir – savaşın yox, sülhün başlanğıcı.
    Bu gün Azərbaycan xalqı həm qürurlu, həm də rahat ola bilər. Çünki artıq müharibə qorxusu arxada qaldı. İndi bizi gözləyən böyük vəzifələr var: dağıdılmış şəhərlərin bərpası, kəndlərin yenidən qurulması, azad torpaqlara həyatın qaytarılması. Bəli, çətin olacaq, amma bu dəfə müharibə üçün yox, həyat üçün çalışacağıq.
    Bu yol daha çox əmək, həmrəylik və sabitlik tələb edir. Amma əmin ola bilərik ki, 30 illik həsrətin, minlərlə şəhidimizin haqqını dövlətimiz layiqincə qorudu. İndi biz hamımız bir yerdə ölkəmizin sabahını daha parlaq edə bilərik.
    Xocalı rayon ziyalısı Elşən Nəsibov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib15 dəfə
    Savaşın yox sülhün başlanğıcı

    Maraqlı gələ bilər
    177
    78