Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşa Bəyannaməsi – Qardaşlıqdan Müttəfiqliyə.

0

  • Azərbaycan və Türkiyə arasında mövcud olan tarixi, mədəni və dil birliyi əsrlər boyu xalqlarımızı bir-birinə bağlamış, "bir millət, iki dövlət" şüarını formalaşdırmışdır. Lakin bu qardaşlıq münasibətləri 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi ilə yeni mərhələyə – rəsmi müttəfiqlik səviyyəsinə yüksəldi.

    Şuşa Bəyannaməsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq, iki dövlətin hərbi, siyasi, iqtisadi və mədəni sahələrdə bir-birinə daha dərin şəkildə dəstək verməsini hüquqi müstəviyə keçirdi. Bu sənəd, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin nəticəsi olaraq, Azərbaycan və Türkiyənin gələcəkdə birgə təhlükəsizlik və müdafiə məsələlərində ortaq mövqedən çıxış etməsini təmin edir.

    Bəyannamənin Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Şuşa, təkcə mədəniyyət paytaxtı deyil, həm də Azərbaycan xalqının qürur mənbəyi və Qarabağın azadlığının simvoludur. Bu şəhərdə imzalanan sənəd, Azərbaycan və Türkiyənin dostluğunu region üçün sülh və sabitlik təminatına çevirir.

    “Qardaşlıqdan müttəfiqliyə” keçid sadəcə diplomatik addım deyil, həm də türk dünyasının birliyinə, ortaq dəyərlərinə və ortaq gələcəyinə olan inamın ifadəsidir. Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyə təkcə tarixdə deyil, gələcəkdə də yan-yana addımlayacaq.

    Xocalı rayon ziyalısı Kənan Quliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib16 dəfə
    Şuşa Bəyannaməsi Qardaşlıqdan Müttəfiqliyə.

    Maraqlı gələ bilər
    84
    62
    72
    259