Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tarixi və hüquqi baxış.

0

  • Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsas sütunlarından biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən bu mühüm sənəd, Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq əzminin rəmzinə çevrilmişdir.
    Konstitusiyanın qəbulu Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu. İlk dəfə idi ki, müstəqil Azərbaycan özünün əsas qanununu – dövlətin idarəetmə prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, dövlətin quruluşunu müəyyən edən sənədi qəbul edirdi. Bu, dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, insan hüquqlarının qorunması və vətəndaş cəmiyyətinin formalaşması üçün mühüm addım idi.
    Konstitusiya hər bir Azərbaycan vətəndaşına bərabərlik, azadlıq, ədalət və sosial təminat kimi fundamental dəyərləri təmin edir. Onun qəbulundan ötən illər ərzində sənəd bir neçə dəfə dövrün tələblərinə uyğun olaraq yenilənmiş, dövlətin inkişaf istiqamətinə uyğun islahatlar aparılmışdır.
    Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində formalaşan Konstitusiya bu gün də ölkənin bütün hüquqi sisteminin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dəyərlər daha da möhkəmləndirilmiş, insan hüquqlarının müdafiəsi və sosial rifah siyasəti davam etdirilmişdir.
    12 Noyabr – Konstitusiya Günü, yalnız bir tarix deyil, dövlət müstəqilliyimizin hüquqi təminatını, xalqın birliyini və demokratik dəyərlərə sadiqliyimizi təcəssüm etdirən əlamətdar gündür.
    Xocalı rayon gənci Ziya Əliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 həft. öncə
    İzlənib28 dəfə
    Tarixi hüquqi baxış.

    Maraqlı gələ bilər
    95
    187
    114