0
Təhsil və müasir dövlət xidmətləri sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyırPrezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetlə görüşü zamanı təhsil və rəqəmsal dövlət xidmətləri sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunması xüsusi diqqətəlayiqdir. Bu sahələr hər bir ölkənin gələcəyi və insanların gündəlik həyatı üçün böyük əhəmiyyət daşıyır.
Dövlətimizin başçısının bəyanatında qeyd olunduğu kimi, hələ Sovet İttifaqı dövründə yüzlərlə kambocalı gənc Azərbaycanda təhsil alıb. Bu ənənənin yenidən bərpa edilməsi hər iki ölkənin gəncləri üçün yeni imkanlar yarada bilər. Müxtəlif ölkələrdən olan tələbələrin bir-birini tanıması, bilik və təcrübə mübadiləsi aparması xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir.
Digər mühüm məsələ Azərbaycanın uğurlu dövlət xidməti modeli olan “ASAN xidmət” sisteminə Kambocanın maraq göstərməsidir. Bu sistem vətəndaşlara göstərilən xidmətlərin daha rahat, şəffaf və əlçatan olmasına imkan yaradır. Azərbaycanın bu sahədə qazandığı təcrübənin başqa ölkələr tərəfindən öyrənilməsi sevindirici haldır.
Bir vətəndaş kimi hesab edirəm ki, ölkəmizin uğurlu təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurması qürurvericidir. Təhsil və müasir texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanla Kamboca arasında münasibətlərin daha da inkişafına kömək edəcək.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 15 saat öncə |
| İzlənib | 26 dəfə |