Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Təyyarədən yeganə sağ çıxan sərnişin bu sırada oturubmuş - etdiyi hərəkət onu xilas edib - VİDEO - FOTO

0

  • Havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayan Air India təyyarəsində yalnız bir sərnişin sağ qaldı
    xocalininsesi.az xarici mətbuata istinadən xəbər verir ki, Ramesh Vishwaskumar Bucharvada təyyarədə fövqəladə çıxış qapısının arxasında oturub və qəza zamanı tullanaraq xilas olub
    Uçuş havaya qalxdıqdan bir neçə dəqiqə sonra Ahmedabaddakı B. J. Tibb Kolleci yaxınlığında qəzaya uğrayıb.204 nəfər həyatını itirib. Hadisə nəticəsində 200-dən çox insan həyatını itirib.
    38 yaşlı Ramesh Vishwaskumar Bucharvada, bugün qəzaya uğrayan Air India-nın AI171 nömrəli reysindəki 242 sərnişindən biri idi. O, möcüzəvi şəkildə sağ qalıb.
    Böyük Britaniya vətəndaşı olan Ramesh, təyyarədə 11A nömrəli oturacaqda - fövqəladə çıxış qapısının birbaşa arxasında oturub. 
    Qəza anından dərhal sonra çəkilmiş videoda yaralı vəziyyətdə olan Ramesh ambulansa doğru yeriyərkən görünür. Ətrafdakı insanlar ondan digər sərnişinlərin taleyi ilə bağlı soruşurlar. Ramesh isə Gujarati dilində "Təyyarə partladı" deyə cavab verir və əlavə edir:

    "Onlar orada, təyyarənin içərisində qalıblar."

    Mənbə: https://news.milli.az/world/1282350.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməDünya
    KateqoriyaAsiya
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi5 gün öncə
    İzlənib53 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    103