Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Türk Dünyasında Yeni Strateji İttifaq: Azərbaycan–Türkmənistan–Özbəkistan Zirvəsi

0

  • Türk Dünyasında Yeni Strateji İttifaq: Azərbaycan–Türkmənistan–Özbəkistan Zirvəsi
    2025-ci il avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə tarixi Zirvə görüşü keçirildi. Görüşün yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı isə yalnız regional əməkdaşlıq baxımından deyil, həm də Türk dünyasında qardaşlıq münasibətlərinin dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
    Prezident İlham Əliyev Türkmənistanın etibarlı əllərdə olduğunu vurğulayaraq, Avaza şəhərində gedən inkişafın ölkənin gələcəyinə olan inamı artırdığını bildirdi. Onun sözlərinə görə, Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun müdrik siyasəti nəticəsində Türkmənistan sürətlə inkişaf edir, şəhər və kəndlər abadlaşır. Zirvə çərçivəsində imzalanan sənədlər arasında Arxadağ şəhəri ilə Azərbaycanın Füzuli şəhərinin qardaşlaşması haqqında sənəd xüsusi rəmzi məna daşıyır. Bu addım Azərbaycan və Türkmənistan xalqlarının əsrlərdən gələn qardaşlıq münasibətlərinin bu gün də davam etdiyini göstərir.
    Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, Türkmənistanla Azərbaycanın mövqeləri tam üst-üstə düşür. Dövlət başçılarının qarşılıqlı səfərləri bu yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir. İlham Əliyev Füzuli şəhərində türkmən xalqının hədiyyəsi olan məscidin inşasına başlamaq təşəbbüsünün qəbul edilməsini də qardaşlığın real təzahürü kimi dəyərləndirib.
    Prezidentin çıxışında Özbəkistanla əməkdaşlıq məsələləri də önəmli yer tutub. O, Xankəndidə qardaş Özbəkistan tərəfindən inşa olunmuş böyük tikiş fabriki ilə tanışlığını xatırladaraq, bu müəssisənin yüzlərlə insana, xüsusilə qadınlara iş yeri yaratdığını bildirib. Eyni zamanda, Füzulidə özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışı da Azərbaycan–Özbəkistan dostluğunun mühüm göstəricisi kimi vurğulanıb. İlham Əliyev bu layihələri təkcə dostluğun deyil, həm də qardaşlıq münasibətlərinin əyani nümunəsi adlandırıb.
    Bəyanatında Prezident İlham Əliyev üç ölkə arasında yaranan yeni əməkdaşlıq formatının böyük gələcək perspektivlərə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft və qaz, habelə mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi üçün artıq müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.
    Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə imzalanan sənədlər Türk dünyasında həmrəyliyin, iqtisadi və mədəni inteqrasiyanın gücləndirilməsinə xidmət edir. İlham Əliyevin vurğuladığı kimi, bu Zirvə görüşü tarixi hadisə olmaqla yanaşı, bölgədə sülhün, əməkdaşlığın və tərəfdaşlığın möhkəmlənməsi yolunda yeni səhifə açır.
    Bu tarixi sammit bir daha sübut etdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan təkcə coğrafi yaxınlıqla deyil, həm də ortaq tarix, mədəniyyət və qardaşlıq telləri ilə bir-birinə bağlıdır. Üçtərəfli əməkdaşlıq formatı isə gələcəkdə bütün Türk dünyasının birliyini daha da gücləndirəcək.
    Xocalı rayon ziyalısı Azər Nəsirli
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib18 dəfə
    Türk Dünyasında Yeni Strateji İttifaq: Azərbaycan–Türkmənistan–Özbəkistan Zirvəsi

    Maraqlı gələ bilər
    110
    146