Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Türkiyə-Pakistan Qardaşlığı Yeni Tarix Yazır.

0

  • 8 May 2025-ci ildə Laçın şəhərində keçirilmiş Zirvə görüşü Azərbaycanın müasir tarixində əlamətdar hadisə kimi yadda qalacaq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər təkcə region üçün deyil, bütün İslam dünyası və beynəlxalq ictimaiyyət üçün ciddi mesajlar verdi. Azərbaycanın, Türkiyənin və Pakistanın liderlərinin bir araya gəldiyi bu tədbir üç qardaş ölkənin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti bu birlik və əməkdaşlığın ildən-ilə möhkəmləndiyini vurğuladı və qeyd etdi ki, bu üç dövlət təkcə yaxşı günlərdə deyil, çətin anlarda da bir-birinin yanında olub, dəstək göstərib.
    Laçında keçirilən mərasim, xüsusilə də şəhərin 30 illik işğaldan sonra azad olunması və burada üç qardaş ölkənin liderlərinin iştirakı böyük simvolik məna daşıyır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistanın göstərdiyi siyasi və mənəvi dəstək Azərbaycan xalqı üçün böyük ruh yüksəkliyi yaratdı və Qələbəyə inamı daha da artırdı. Prezident İlham Əliyev bildirdi ki, bu gün açılan yeni əməkdaşlıq səhifəsi gələcəkdə daha sıx əlaqələrin və strateji tərəfdaşlığın əsasını qoyacaq.
    Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 il keçməsinə baxmayaraq, xalqın azadlıq ruhu və dövlətçilik iradəsi heç vaxt sönməyib. Prezident Əliyev çıxışında Azərbaycanın tarix boyu üzləşdiyi ədalətsizliklərə, xüsusilə də Qərbi Zəngəzurun Azərbaycandan qoparılmasına toxundu və xalqın iradəsi sayəsində bu ədalətsizliklərə qarşı mübarizənin uğurla davam etdirildiyini vurğuladı.
    Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan üçün faciələrlə nəticələndiyini xatırladan Prezident, Xocalı soyqırımı və Laçın da daxil olmaqla digər bölgələrin işğalını regionun tarixindəki qara səhifələr kimi qiymətləndirdi. Lakin Azərbaycan bu işğalla heç vaxt barışmadı. İllər ərzində güclü iqtisadiyyat quraraq orduya böyük vəsait ayırdı, siyasi iradəsini gücləndirdi və beynəlxalq arenada haqlı mövqeyini təsdiqlədi. Bütün bu amillər Azərbaycanı Qələbəyə aparan əsas sütunlara çevrildi.
    Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişatını xatırladaraq qeyd etdi ki, Azərbaycan ordusu bir gün belə geri addım atmadı və hər gün irəliləyərək düşməni darmadağın etdi. Döyüş meydanında azad edilən ərazilər və Şuşa Zəfərindən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Azərbaycan üç rayonunu - Laçını, Kəlbəcəri və Ağdamı bir güllə atmadan geri qaytardı. 2023-cü ilin antiterror əməliyyatı isə Azərbaycanın dövlət suverenliyini tam bərpa etdi və separatizmin kökünü kəsdi.
    Bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Laçında, Qarabağda və Şərqi Zəngəzurda yeni infrastruktur layihələri icra olunur, yollar, tunellər, məktəblər, xəstəxanalar və hava limanları tikilir. Artıq bu bölgələrdə 43 min insan yaşayır və fəaliyyət göstərir. Prezidentin sözləri ilə desək, bu torpaqlara həyat qayıdıb, bu torpaqların sahibləri qayıdıb.
    Azərbaycan artıq dörd ildən çoxdur ki, müzəffər xalq və dövlət kimi yaşayır və bu status əbədidir. Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən bayram tədbirində iştirakı bu birliyin nə qədər möhkəm və sarsılmaz olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu gün azad Laçından səslənən qardaşlıq və həmrəylik mesajları dünya miqyasında yeni reallıqlar yaradacaq. O, Azərbaycanın, Türkiyənin və Pakistanın birliyinin və qardaşlığının əbədiliyi ilə çıxışını tamamladı: “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!”
    Xocalı rayon ziyalısı Mətanət Zamanova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib14 dəfə
    Türkiyə Pakistan Qardaşlığı Yeni Tarix Yazır.

    Maraqlı gələ bilər
    60
    69