0
Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaqların hüquqlarının müdafiəsi, onların təhsildən yayınmasının və baxımsızlığının qarşısının alınması, eləcə də insan alveri təhlükəsindən qorunması mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.6-cı bəndində nəzərdə tutulmuş vəzifələrə uyğun olaraq təşkil edilib.
Tədbirdə çıxış edənlər uşaqların hüquq və azadlıqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin, keyfiyyətli təhsil almasının və cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 14 saat öncə |
| İzlənib | 9 dəfə |