Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xəmsədə Hökmdar surətlərinin tarixi təkamülü

0

  • Xülasə: Akademik Teymur Kərimli “Nizami və Tarix” Azərbaycan dilində yazılmış monoqrafiyada dissonansın başlıca səbəbini ilk növbədə şairin aldığı boyun qacıra bilmədiyi ədəbi sifarişdə axtarmaq lazımdır. Nizami “Xəmsə” də şəhriyarlar tarixin bədii ifadısinı daha cox meyl göstərmiş, konkret bir mövzunu işləmək sifarişi almaqda öz humanist fikirlərini məhz bu mövzuların kontekstində reallallaşdırmışdır.
    Açar sözlər: Xəmsə, ədalət, humanizm, hökmdar, tarixi mənbələr.
    Резюме: Главная причина диссонанса в монографии «Низами и история», написанной на азербайджанском языке академиком Теймуром Каримли, кроется, прежде всего, в литературном порядке, который поэт не смог выполнить. Низами в «Хамсе» поэты проявили большую склонность к художественному выражению истории, и, получив задание работать над конкретной темой, реализовали свои гуманистические идеи именно в контексте этих тем.

    Ключевые слова: Хамса, справедливость, гуманизм, правитель, исторические источники

    Summary: The main reason for the dissonance in the monograph “Nizami and History” written in Azerbaijani by Academician Teymur Karimli should be sought, first of all, in the literary order that the poet could not fulfill. Nizami In “Khamsa”, the poets showed a greater inclination towards the artistic expression of history, and when receiving an order to work on a specific topic, they realized their humanistic ideas precisely in the context of these topics.

    Keywords: Khamsa, justice, humanism, ruler, historical sources

    Nizami yaradıcılığında ideal ədalətli hökmdar probleminin aparıcı rolu nizammişünaslıq elmi üçün hələlik mübahisəedilməz bir faktdır. Bütövlükdə Nizami humanizmdən və məzlum xalqa qarşı ürəyi yananlıqdan, qayğıkeşlikdən irəli gələn buu ideyanın köklərini harada axtarmaq lazımdır? Yəqin ki, ilk növbədə Nizami Humanizmin demokratizmində və bununla bağlı olaraq əsrlər boyu folklorda kök salmış ədalətli hökmdar ideyasında...Çünki Nizami başlıça olaraq şahların həyatını təsvir etsədə, əslində, xalq çairi idi; xalqın düçünən beyni və susmayan dili idi. “Xəmsə” boyu şairin və ibratamiz xalq nağıllarından sevə - sevə istifadə edən Nizami, xalqın ədalətli hökmdarı haqqındakı arzuları özü üçün yaradıçılıq amalına çevirilmiçdir. Ədalətli hökmdar problemi şairin ilk poeması olan “Sirlər Xəzinəsi”ndən Nizami yaradıcılığında özünü qabarıq şəkildə göstərməyə başlayır.
    Poemadakı iyirmi məqalədən yalnız doquzunda hökmdarlardan, hökmdar təbiətinin müxtəlif çalarlarından və təzahür formalarından söhbət açılır. Bunlardan üçü mifik hökmdar, üçü – ümümiyyətlə adsız – ünvansız hökmdar və yalnız üçü real tarixi şəxsiyyətdir. Hökmdar tiplərinin poemada bu cür mütənasib bölünməsində qabaqcadan müəyyən edilmiş bir məqsədin və ya qanuna uyğunluğun olduğunu demək çətindir. Ancaq bu bölünmənin özündə müəyyən edilmiş bir məqsədin və ya qanuna uyğunluğun olduğunu demək cətindir. Ancaq bu bölmənin özündə də müəyyən bir ahəngə harmoniya olduğunu qeyd etməyə bilmərik. Poemadakı mifik hğkmdarlar – Süleyman, Cəmşid və Firuddindir. Tarixi şəxsiyyətlər isə ədalətli Nuşiravan. Harun - ər-Raşid və Sultan Səncardır. Konkret adı çəkilməyən hökmdarlar Nizami tərəfindən “Ümidsiz padşah. Zülümkar padişah və cavan Şahzadə”adlandırmışdır. Bu padişahlardan üçü zülmkar və ədalətsiz siyasi xadim kimi təqdim edilmişdir. Bunlar adından da ğöründüyü kimi:
    Zülümkar padişah. Sultan Səncər və “ədalətli” adlandırılmasına baxmayaraq, ədalətsiz kimi təsvir edilmiş Nuşiravandır. Əlbəttə ki, ilk poemasında Nizamini hökmdar ədalətinin tarixi təkamül planında verilməsi düşündürmüşdür. Buradakı hökmdar sürətləri daha cox semataik və epizodik xarakter daşıyır, hökmdarın həyatındakı müəyyən bir ibratəmiz hadisənin bədii təqdiminə əsaslanır. Başqa sözlə, ”Sirlər xəzinəsi” ndəki hökmdarlar bitgin obraz səviyyəsinə yüksəlmir və yalnız Nizaminin müraccarət şəkildə təsvir etdiyi müəyyən fəzilət və qəbahətlərin əyaniləçdirici rolunda çıxış etməklə kifayətlənirlər. Lakin buna baxmayaraq, Nizaminin sonrakı poemalarındakı hökmdar obrazlarının sələfi kimi bunlar şairin yaradışılığında mühüm mövqeyə malikdir.
    Nizami “Xəmsə”sinin üç baş qəhramanı olan Xosrov, Bəhram və İsgəndər sürətlərinin müqayisəli təhlili bir sıra maraqlı elmi nəticələrin əldə edilməsinə imkan verirş. Başlayaq Xosrovla Bəhramdan:
    Xosrovla Bəhramən fərqi, ilk növbədə atalar və oğullar probleminin həllində özünü birüzə verir. “Xosrov və Şirin” poemasında epizodik surətlərdən olan Xosrovun atası Hörmüz bir hökmdar kimi öz yüksək ədaləti və nöqsansızlığı ilə maraq doğurur. Nizami onun hakimiyyət dövründən və padşahlıq üsulundan çox hüsn – rəğbətlə danışaraq yazır:
    Cahanı işiqlandıran Hörmüz ədalətlə hökm sürürdü,
    Öz ədaləti ilə dünyanı abad edərdi.
    Atasının qoyduğu qaydanı davam etdirir,
    Səxavətini əldə, dinini ayaq üstə saxlayırdı. ( 16.s.54)
    Lakin Nizaminin başqa epizodik hökmdarları kimi, Hörmüzün də ədalətli bir konsepsiya şəklində təqdim edilmir. Bu ədalət ictimai harmoniyadan və bolluqdan, firavanlıqdan doğmur, iqtisadi və siyasi
    köklərə bağlanır, qadağa və əmrlərə, zorakılığa, qorxudub – çəkindirməyə əsaslanır. Məsələn,Hörmüz ölkədə əmin – amanlığı və ədaləti bu çür bərqərar etdirir:
    Şəhərdə car çəkib bildirirdilər ki,
    Vay o adamın halına ki,birinə qəhr etsin.
    Əgər bir at birinin tarlasına girsə,
    Və ya birinin meyvə bağına kəc baxılsa,
    Və əgər bir adam naməhrəm üzünə baxsa,
    Və ya zorla birinin evində otursa.
    Məndən layiqincə cəza alacaq.
    Şah öz ədaləətində süstlük göstərmədiyinə görə
    Dünyaya sağlamlıq üz verdi.
    Pozğunluq dünya işlərindən əl cəkdi,
    Dünya pozğunluğun əlindən qurtuldu (16.s.57)
    Maraqlıdır ki,Hörmüzün öz oğlu Xosrov Pərvizi bəd nəzərdən qorumaq üçün müəyyən etdiyi ədalət qanunlarını birinci pozan onun elə öz oğlu olur. Nizami bu bədii proqramdan istifadə edərək Hörmüzün özünün qoyduğu qanunları birinci pozan elə onun öz oğlu olur. Nizami bu bədii priyomdan istifadə edərək Hörmüzün özünün qoyduğu qanunları, onun ədalətini bir növ məhək daşına çəkmiş olur. Əgər ədalətdən məqsəd – bəd nəzərdən qorunmaq, şər qüvvələri aldatmaq, xeyr qüvvələri şirinləşdirmək, bir sözlə ,qorxu və şan – şöhrətdirsə, Hörmüzün öz oğluna cəza verməyə əli gəlməyəcək; yox, əgər qanun, ədalət, mənəvi dəyərlər onun üçün ən ali prinsipdirsə, bu prinsipin qarşısında hamı bərabər olmalıdır. Lakin Xosrovun hərəkətlərinin qorxmadan Hörmüzə çatdırılması, üstəlik padişahın həm də ədalətsizlikdə məzəmmət edilməsi faktının özü də Hörmüzün ədalətinin ötəri bir hadisə olmağından xəbər verir:
    Əgər bu işi sənin oğlun deyil,özgəsi eyləsəydi,
    Sən onun ev – eşiyini dağıdardın.
    Bəli,qan alan bir damara yüz neştər vura bilər,
    Amma öz damarına ələndə əli titrər (6.s.58 )
    Xosrovdan sonar Nizaminin ədalətli hökmdar konsepsiyasının inkişafında növbəti mərhələ Bəhram Gur obrazıdır.
    Sasani şahlarından I Yezdəgirin (399 – 421 ) oğlu v bəhram (420 – 438) qədim xronikalarda II Xosrovdan (590 – 628 ) sonar haqqında ən çox bəhs açılan hökmdarlardandır.Bir sənətkar kimi Nizami cəlb edən
    Bu populyarlığı tədqiqatçılar Bəhram – Varaxran adının Hind – İran əsarətində qasırğa tanrısı olan Vertraqna adı ilə səsləşməsində görürlər
    (bax:77,s.542 – 550;56 ,s.315;64,s.273). Ancaq bu tədqiqatçıların gəldiyi nəticə o qədər də inandırıcı səslənmir; belə ki, onların özlərinin fikrində
    məntiqsizlik özünü biruzə verir.Belə bir sual meydana cıxır ki, nə üçün Bəhram adlı başqa hökmdarlar deyil, məhz “ heç bir xüsusi ləyaqəti ilə fərqlənməyən” (56 ,s.315), “real tarixdə demək olar ki,heç bir iz qoymayan“ ( 77,s.542). Bəhram Gur xalq nağıllarının və bədii əsərlərin sevimli qəhrəmanına çevirilmişdir?
    Kecən əsrin 70 – ci illərdə aparılan arxealoji qazıntılar Bəhram Gur dövründə kəsilmiş sikkələrin böyük bir ərazidə yayıldığım aşkar etmiş bu isə öz növbəsində Bəhram Gurun heç də əhəmiyyətsiz bir hökmdar olmadığım aşkar etmişdir. M.Y Masson Orta Asiyadan tapılmış Sasani dirhəmləri içərisində Bəhram Gura aid olan pulların xeyli üstünlük təşkil etdiyini göstərərək yazır: ”Orta Asiyada V Varaxranın dirhəmlərinin gətirdiyi məlumatlara daha az şübhə ilə yanaşmağa əsas verir”(74 229).
    Sasani imeriyasına 18 il başçılıq etmiş ,köcəri xalqlara qarşı uğurlu Müharibələri ilə tarixdə məşhur olan, sikkələri Ərəbistandan tutmuş Mavərənnərə qədər geniş bir ərazidə yayılmış bir hökmdarın şöhrətini
    təsadüfi bir şey hesab edib yalnız adındakı səslərin düzülüşündə görmək əlbəttə tarixin saxtalaşdırılmasında ad qazanmış bir millətin nümayəndəsi olan erməni tədqiqatçısının irəli sürdüyü və Y.E.Bertels kimi və tarixi ədalətsizlikdən başqa bir şey deyildir. Nizami tarixi xronikalarda və başqa qaynaqlarda olan minlərlə hökmdar arasında sevib-seçdiyi Bəhram Gurun həyatını və siyasi fəaliyyətini bütün təfərrüatı ilə qaynaqların imkan verdiyi qədər dəqiqliklə öyrəndikdən ona süni gorünən uydurma təsiri bağışlayan detalları atdıqdan öz yaradıcılıq amalına və qarşıya qoyduğu ideya-estetik qayəyə uyğun gələn epizodları bu hökmdarın fəaliyyətində tapdıqdan sonra “Yeddi Gözəl”poeması üzərində işə başlamışdır. Nizami əsərlərindəki müsbət surətləri xarakterizə edərkən professor Mir Cəlal Bahram Gur haqqında yazır:”Şair(Nizami –T.K)Bəhramın simasında ideal bir hökmdar onun sayəsində isə ideal bir ictimai həyat yaratmışdır” (38,s.146 – 147). Lakin yuxarıda dediklərimizdən də aydın olur ki istər Bəhram Gur istərsə də onun yaratdığı ictimai həyat haqqında irəli sürülən bu fikirlər özünü doğrultmur;çünki Bəhram-ideal hökmdar surəti yaradılması prosesində yalnız növbəti bir mərhələdir.Onun yaratdığı ictimai həyat isə ideal adlandırıla biləcək ictimai həyatın ayrı-ayrı dağınıq fraqmentlərindən başqa bir şey deyildir.
    Eyni zamanda fikri bəzi firdovsişünaslar da təkrar edərək “Şahnamə”-dəki Bəhram Gur obrazını ideal hökmdar adlandırmışlar.”Xüsusi halda
    mütəfəkkir (Firdovsi – T.K.) İran şahlarından Key Xosrovu, Xosrov Ənu-şiravanı, Fərudunu, Mənuçehri, Xosov Pərvizi, Bəhram Guru və başqalarını ideal monarxa olan keyfiyyətlərlə bəzənmişdir” (80,s.74).
    Nizaminin yaradıcılığında ideal hökmdar probleminə aid başqa fərqli bir fikir də vardır ki ,bu da akademik Məhəmməd Cəfər Cəfərova aiddir.
    Alimin mövqeyini daha aydın başa düşmək üçün onun özünə müraciət edərək :
    “ Məlumdur ki, Nizami hec bir yerdə ideal şah yaratmaq fikrində olduğunu deməmişdir.Öz sözlərindən aydınlaşır ki, ”Xosrov və Şirin”də o,tarixlərdən yeni bir sevgi gətirmək istəmiş “ və “ məlum hekayədə onu cəlb eşqin hekayəti “ olmuşdur. "Yeddi gözəl"i yazarkən “tarixləri aradırmış, ərəbcə, dəricə yazılardan, Buxari, Təbəri əsərlərindəki
    məlumatdan” istifadə edilmişdir.”Həm qılınc vuran, həm də tacidar olan” İsgəndərin yürüşləri haqqında məlumatlarıəsərlərdən, yəhudi, pəhləvi,
    nəsrani kitablardan, şahların “tərifnaməsindən”,xalq rəvayət və əfsanələrdən götürmüşdür.
    Aydındır ki,bu sözlərdə “ideal şah “ yaratmaq məqsədindən söhbət getmir.(37 ,s.146 -147).
    Göründüyü kimi, böyük alim məsələyə predmetli yanaşmaqda müəyyən qədər etinazsızlığa yol vermişdir; Nizaminin öz poemalarının yaradarkən müəyyən tarixi və əfasanəvi qaynaqlara müraciət etməsi heç də belə bir fikir söyləməyə əsas vermir ki, bir humanist mütəfəkkir kimi onun qarşısında ideal hokmdar yaratmaq məqsədi durmamışdır. Çünki bunlar bir – biri ilə kəsişməyən müstəvilər üzərində duran başqa – başqa məsələrdir.
    Güman edirik ki,bu problem barədə görkəmli nizamişünas, AMEA – nın müxbir üzvü R.Azadənin fikirləri həqiqətə və elmi obyektivliyə daha uyğundur.Nizaminin yaratdığı şah surətlərini xarakterizə edən alimin əsərindən aöağıdaa çıxarışlar maraq doğurur;
    “Lakin Bəhramın bu ədalətli belə Nizaminin ictimai – bədii görüşləriniIdeal hökmdar haqqındakı romantik arzularını tamamlaya bilmir...
    ...Nizaminin ictimai – bədii ideal hökmdarı yalnız ədalətli və rəiyyətpərvər olmaqla kifayətlənməməlidir. Adil olmaq hökmdarın bir xüsusiyətidir, həm də onun inkişafında ilk mərhələdir. Lakin ideal hokmdar digər sifətlərlə də malik olmalıdır. O, elmə, mədəniyyətə xidmət, alimlərə, sənətkarlara hörmət etməlidir.Bundan əlavə,hökmdar qəhrəman olmalı,ölkənin əhəmiyyətini orumalıdır. Daha sonra :ideal hökmdar həmdə ruhi təkəmmülün zirvəsində olmalıdır.Nizaminin son böyyük əsəri “İsggəndərnamə” də idealizə etdiyi İsgəndər obrazı bu yaxşı sifətlərin hamısını özündə cəmləşdirir (39,s.68).
    Göründüyü kimi ,R.A.tamamilə doğru olaraq Bəhram Guru ideal hökmdar yaradılması prosesində yalnız bir mərhələ kimi götürür.Ancaq tədqiqatçı ideal hökmdar çələngini İsgəndərə verərkən,bu şahın aşağıda
    qeyd olunmuş nöqsanları nəzərə almamışdır.Belə bir məqsədi olsaydı,şair,İsgəndərin fəth etdiyi ölkələrdən qarətçilik yolu ilə torpağı,
    qənimətləri dəvələrə yükləyib Yunanıstana öndərildiyini, Nüşabənin fatehin qarətçilik niyyətlərini pisləmək üçün ziyafətdə onun qabağına
    dadlı xuruşlar əvəzinə daş – qaş ,almaz,yaqut,dürr düzdüyünü göstərməz ,hökmdarın qabalıq göstərib alim filosof Sokratı təpiklə yuxudan oyatdığını təsvir etməz,nəhayət,Sokratın dili ilə İsgəndəri saysız – hesabsız “başlar kəsən “,”qanlar tökən “ ,”ölkələri arabazara cevirən”,”qılıncdan qanlar axan” bir qəsbkar kimi səciyyələndirib fatehin üzünə kəskin ittiham oxumazdı” (37,s.147).
    Doğrudan da, ”Xəmsə “ boyu biz Nizaminin ideal hökmdar surəti yaratmaqda hər dəfə növbəti mərhələni keçdiyi görsək də, bu prosesin özünü tam başaçatmış və bitin bir proses adlandırmaq olmaz. Çünki bunun zirvəsi olan İsgəndərin özü belə,ideal olmaqdan hələ cox uzaqdır.
    Ancaq diqqətlə baxdıqda,mərhələrin özünün də bir – biri üzərində yüksəldiyinin şahidi olmaq mümkündür. Aydındır ki,bu mərhələlərin birinci pilləsində Xosrov durmaqdır. Nizamişünas alim professor Mirzağa Quluzadə Xosrovu bir hökmdar kimi arakteriza edərək yazır:
    “Cəsarətlə demək olar ki,şair Xosrovun simasında tipik bir şahzadə obrazı göstərmişdir. Buna görə də ,Xosrov obrazını doğru ggöstərmək yolu ilə Nizami realizma gəlib çıxmışdır. Bu reailzmi sadə,ibtidai olsa da, cox əhəmiyyətlidir, çünki Nizami bu obraz vasitəsi ilə feodal saraylarının tərbiyə etdiyi şahzadələrin əsl simasınımənəvi aləminiadət vvəvərdişlərini açıb maraqlanmışdır” ( 3, s.40).
    Bir hökmdar kimi Bəhram Gur Nizaminin təsvirində çoz ziddiyətli boyalarla verilmişdir. Bir tərəfdən oxalqın rəhbəri,dövvlətin başçısı kimi öz borcunu və missiyasını anlayır, bunları yerinə yetirməyə çalışır, başqa tərəfdən isə əlindən cəmlənmiş sonsuz hakimiyyət və imkanlar onu “beş günlük dünyanın” bütün naz – nemətlərindən dadmağa sövq edir. Bu iki qütb arasında Nizami qəramanının ziddiyətli xarakterini açır:
    Bəhramın ədaləti nə üşündür? Qəhrəmanın özünün (və, əlbəttə, ətrafdakı əyanların,saray adamlarının) də dünya nemətlərindən en – bol istifadə etməsi. Deməli, Gəhram Gurun ideal hökmdar olması üçün onda fədakarlıq catışmır. Xalqa sevinc bəxç etmək üçün məhrumiyyətlərin acısını çəkməyi bacarmır.
    Nizami qəhramanlarının xarakterindəki ziddiyətlər akademik Məmməd Arifin də nəzərindən qaçmamışdır:
    “ Yeddi gözəl – bir simvoldur,dünyanın ləzzəti ,eyş – işarət, keyf və əyləncə simvoludur. Bəhram bütün qüvvət və baçarığına baxmayaraq, dünya ləzzətinə qarşı gücsüzdür. Bu gücsüzlüyü özü də etiraf edirdi.
    Bəhram obrazının mürəkkəbliyi də orasındadır ki,o,öz nöqsanıarını dərk edir,onlara göz yuma bilmir.
    Yeri gəlmişkən ,qeyd edək ki, “Xosrov və Şirin” poemasındakı epizodik surətindən olan Məhinbanu obrazının tarixi prototipi müəyyən edilməmiş,bəzi tədqiqatçılar (Nikolay Marr) onu gürcü hökmdarı Tamara ilə eyniləşdirsələr də, Azərbaycan alimi Mikayıl Rəfili bu iddianı əsaslı şəkildə rədd etmiş və poemanın yazılıb başa çatdırılmasından yalnız dörd il sonra Tamaranın taxta cıxdığını sübuta yetirmişdir (42.s.59).
    “Xosrov və Şirin” poemasındakı epizodik hökmdar surətlərindən olan Məhinbanu obrazının tarixi prototipi müəyyən edilmiş, bəzi təqiqatçılar
    (Nikolay Marr) onu gürcü hökmdarı Tamara ilə eyniləşdirsələr də, Azərbaycan alimi Mikayıl Rəfili bu iddianı əsaslı şəkildə rədd etmiş və poemanın yazılıb başa catdırılmasından yalnız dörd il sonra Tamaranın taxta çıxdığını sübuta yetirmişdir(42 .s.59).
    Uzaq tarixi keçmişin ideallaşdırılması baxımından “İsgəndərnamə” Poeması daha zəngin və maraqlı material verir. Ədalətli hökmdar probleminin qoyuluşu cəhətdən poema elə başlanğıcdan əvvəlki əsərlərdən fərqlənir. Əgər Xosrov ədalətli atanın ədalətsiz oğludursa (hökmdarlıının ilk dövründə), Bəhram zülümkar atanın ədalətli oğludursa, İsgəndər bunların hər ikisindən fərqlənir. Yəni İsgəndər ədalətli atanın ədalətli oğludur. Öz atası Feyləqusun xeyr işlərinin davamçısı və inkişaf etiricisidir. Nizami poemanın başlanğıcından İsəndərin atası Feyləqusun hakimiyyət üsulunu belə xarakterizə edir:
    Rum tacidarlarının içində Bu ölkədən biri cahanbaxt olmuşdur. Adı Feyləqus,özü şöhrətli şah idi.
    Həm rum,həm rus onun fərmmanına tabe idi.
    Makedoniya hökmdarı II Filipin və onun oğlu İsgəndərin hakimiyyət illəri Yunanıstan regionunda demokratlarla monarxistlərin ideoloji mübarizə dövrünə təsədüf edir. Bu iki dövlət qurluşunun siyasi idealogiyaları Demosfen və Aristotel idi.
    Regionda demokratiyanın dayağı Afina,monarxiyanın dayağı isə Makedoniya idi. Bu iki Yunan dövlətində bir – birindən poylar şəklində fərqlənən dövlət qurluşlarının yaranması təsadüfü deyildir. Makedoniyalar etnik cəhətdən yunanlardan fərqlənirdilər.
    Makedoniyada ilk monarxiya qurmaq və onun hakimiyyətini bütün Yunanıstana yaymaq cəhdini İsgəndərin atası II Filip etmişdir.
    Nizami bu məsələdə tarixi faktlardan bir qədər uzaqlaşmışdır. Onun yazdığına görə,İsğəndərin müəllimi Nikomaxos olmuş, həm də eyni zamanda,bu şəxs Ərastuunun (Aristotelin) atası olmuşdur. Belə güman etmək olar ki ,”Nikomaxos” – “Lisimaxos” adının təhrif olunmuş formasıdır; çünki İsgəndərin müəllimləri arasında həqiqətən də Lisimax adı müəllim olmuşdur. Lakin Lisimaxın Aristotelə heç bir qohumluq əlaqəsi olmamışdır.
    İ.Ş.Şifman İsəndərin fəaliyyətini bu cür qiymətləndirir:
    “Mahiyyətcə İsğəndərin siyasəti tədricən etnik maneələrin aradan qaldırılmasına, bütün yaxın çərq (gələcəkdə isə bütün Şərqi Aralıq dənizi)əhalisinin nə isə vahid mədəniyyət-dil birliyində qovuşmasına doğru aparırıdı”(91,s.128).
    Göründüyü kimi, Nizaminin peyğəmbər İsgəndəri də qarşısına təxminən bu məqsədi qoymuşdur. Deməli, Nizami İsgəndərin iyirmi yeddi yaşında peyğəmbərliyə çatdığını göstərərkən onun həyatında baş vermiş tarixi konkret hadisəni – tarixdə çaldığı ən böyük qələbəni nəzərdə tutmuşdur.
    Nizaminin öz estetik idealının ifadəsi üçün istifadə etdiyi süjetlər arasında tarixxi mənbələrin üstünlük təşkil etməsi sirr deyildir.Lakin tarixə,tarixi hadisələrə və tarixi şəxsiyyətlərə münasibətdə “Xəmsə" poemaları içərisində qeyri – tarixi mövzuda yazılmış “Leyli və Məcnun” poemasının mövqeyi bir qədər fərqlidir. Bu, Nizaminin yeganə poemasıdır ki, şairin dövründə məşhur olan tarixi xronikalardan istifadə edilmişdir.
    Ədəbiyyat:

    1. Teymur Kərimli “Nizami və Tarix”. Bakı. 2021

    Gülnarə İsmayılova,
    Gəncə Dövlət Tarix - Mədəniyyət Qoruğunun Nizami
    Gəncəvi Məqbərə filialı Kompleksinin filial müdiri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib24 dəfə
    xəmsədə hökmdar surətlərinin tarixi təkamülü

    Maraqlı gələ bilər
    0
    124
    532
    171