22 dekabr 2023-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 31-dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında velosiped idman növü üzrə şəxsi birincilik keçirildi. Birincilikdə kənd və qəsəbələrdən ümumilikdə 6 orta ümumtəhsil məktəbindən 24 velosipedçi iştirak edirdi. Yarışın yekun protokoluna əsasən:
Süleymanov Əbülfəz Zaur oğlu I yerin, Hümbətov Sərxan Əli oğlu II yerin, Əlizadə Şakir Anar oğlu isə III yerin qalibi oldu.