Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI RAYON MALIBƏYLİ KƏND UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ “ŞANLI ZƏFƏR” KONSERTİ.

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 4 noyabr 2026-cı il tarixində Xocalı rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbində Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı konsert proqramı keçirildi.

    Tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

    Ardınca məktəbin direktoru Gülşən Əzizova Misir qızı çıxış edərək şəhidlərimizin qəhrəmanlıq yolundan, qazilərimizin şücaətindən, Vətən uğrunda canından və qanından keçən igidlərimizin misilsiz fədakarlığından danışdı.

    Tədbir konsert proqramı ilə davam etdi.

    İlk olaraq məktəbimizin xor müəlliməsi Qasımova Amaliya müəllimə şagirdlərlə birlikdə bir neçə musiqi nömrəsi ifa etdi. Səmimi və duyğulu ifalar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

    Daha sonra məktəbimizin müəllimlərindən ibarət, bədii rəhbəri Həsənov Rauf olan instrumental ansamblın çıxışı təqdim olundu. Ansamblın ifasında Vətənə sevgi, milli qürur və vətənpərvərlik ruhunu tərənnüm edən musiqi nömrələri səsləndirildi.

    Konsert proqramı Ali Baş Komandan, Prezident İlham Əliyevin tarixi Zəfərimizin mahiyyətini əks etdirən sözləri ilə yekunlaşdı.



    Zəfərimiz əbədi, bayrağımız daim uca olsun!

    QARABAĞ AZƏRBAYCANDIR!


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi7 saat öncə
    İzlənib1 dəfə
    XOCALI RAYON MALIBƏYLİ KƏND UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ “ŞANLI ZƏFƏR” KONSERTİ.
    Maraqlı gələ bilər
    321
    17
    435
    228