Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı şəhər 4 saylı tam orta məktəbində “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib

0


  • Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramının icrası çərçivəsində, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli, 1143 nömrəli Sərəncamının 10.12.4-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə 23 aprel 2025-ci il tarixində Xocalı şəhər 4 saylı tam orta məktəbində “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.

    Tədbirin əsas məqsədi məktəbliləri düzgün qidalanma vərdişləri, balanslaşdırılmış rasionun əhəmiyyəti və sağlam həyat tərzinin əsas prinsipləri barədə məlumatlandırmaq olmuşdur. Maarifləndirici görüşdə məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir.

    Çıxış edənlər qida təhlükəsizliyi, orqanizm üçün zərərli məhsullar, düzgün qidalanma rejiminin əhəmiyyəti və rasional qidalanmanın insan sağlamlığına təsiri barədə ətraflı məlumat vermişlər. Tədbirdə həmçinin uşaqlarda piylənmənin və qeyri-infeksion xəstəliklərin artmasının qarşısının alınması yolları, sağlam qidalanma mədəniyyətinin formalaşdırılması və bu istiqamətdə ailə, məktəb və cəmiyyətin üzərinə düşən vəzifələr vurğulanmışdır.

    Tədbirin sonunda iştirakçılarla sual-cavab aparılmış, müxtəlif maarifləndirici buklet və təqdimatlar vasitəsilə mövzu daha da geniş şəkildə izah olunmuşdur.

    Belə tədbirlərin keçirilməsi məktəblilərdə sağlam həyat tərzi vərdişlərinin formalaşmasına və gələcəkdə sağlam cəmiyyətin qurulmasına töhfə verir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib15 dəfə
    Xocalı şəhər 4 saylı tam orta məktəbində “Sağlam rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib

    Maraqlı gələ bilər
    72
    63
    96
    58