Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıların müvəqqəti məskunlaşdıqları qəsəbədə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

0

  • 27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

    Xocalininsesi.az xəbər verir ki, qəsəbədə saat 12:00-da nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib. Şəhidlərimizin ruhuna dərin ehtiram ifadə olunub.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib194 dəfə
    xocalıların müvəqqəti məskunlaşdıqları qəsəbədə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

    Maraqlı gələ bilər
    91
    95