Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon Yaloba kənd tam orta məktəbində Riyaziyyat gecəsi keçirildi

0

  • 22.12.2023-cü il tarixdə Xocalı rayon Yaloba kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Riyaziyyat gecəsi” keçirildi.

    Məktəbin riyaziyyat müəllimi Xudayar Quliyevin yuxarı sinif şagirdləri ilə birlikdə hazırladığı “Riyaziyyat gecə”sində məktəbin müəllimləri ilə yanaşı, valideynlər də iştirak etdilər.

    Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    Bu tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıqla bağlı nitqinin səsləndirilməsi hər kəsdə dərin təəssürat oyatdı.

    Gecədə "Xocalı" və "Xankəndi" adlı komanda adları ilə yarışan şagirdlər riyazi biliklərini nümayiş etdirdilər. Müxtəlif səhnəciklər və alimlər haqqında məlumatlar maraqla qarşılandı.
    Uşaqların şən rəqsləri, oxuduqları mahnılar və göstərdikləri oyunlar “Riyaziyyat gecəsi”ni yaddaqalan etdi.

    Məktəbin direktoru İslam Bayramov çıxış edərək 44 illik nümunəvi pedaqoji fəaliyyəti olan Xudayar müəllimin təşkil etdiyi "Riyaziyyat gecə"sini yüksək qiymətləndirdi. Şagirdlərin bilik və bacarıqlarının artırılmasında belə təşəbbüslərin əhəmiyyətini diqqətə çatdıran İslam Bayramov gecənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib146 dəfə
    yaloba kənd tam orta məktəbində riyaziyyat gecəsi keçirildi

    Maraqlı gələ bilər
    66
    70
    72
    71
    201