Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yaşıl Enerji Məşvərət Şurası və Azərbaycanın yaşıl transformasiya strategiyası.

0

  • Yaşıl Enerji Məşvərət Şurası və Azərbaycanın yaşıl transformasiya strategiyası.
    Prezident İlham Əliyev çıxışında yaşıl gündəliyin də prioritet istiqamət olduğunu vurğuladı. Azərbaycanın enerji siyasəti artıq yalnız karbohidrogen ehtiyatlarına deyil, bərpaolunan enerji mənbələrinin sürətli inkişafına da əsaslanır. 2023-cü ildə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyasının istifadəyə verilməsi və cari ilin yanvarında “ACWA Power” tərəfindən regionun ən böyük – 240 meqavatlıq külək elektrik stansiyasının açılışı bu siyasətin real nəticələridir.
    2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat gücündə elektrik enerjisi istehsalı planlaşdırılır. Prezident xüsusilə vurğuladı ki, bu göstəricilər sadəcə memorandumlara deyil, imzalanmış müqavilələrə əsaslanır. Bu isə öhdəliklərin hüquqi təminatını və layihələrin reallaşma ehtimalının yüksək olduğunu göstərir.
    Azərbaycan eyni zamanda Avropaya Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələcək kabel layihələri üzərində işləyir. Bu layihələr reallaşdığı halda ölkə yalnız qaz deyil, elektrik enerjisinin də əsas ixracatçılarından birinə çevriləcək. Daxili istehlakda isə alternativ enerji hesabına təbii qazın azad olunması və onun ixraca yönəldilməsi planlaşdırılır. Artan sənaye, kommunikasiya, süni intellekt və data mərkəzləri üçün sabit və ucuz enerji təminatı prioritet kimi müəyyən edilib.
    Prezident həmçinin vurğuladı ki, qazıntı yanacaqlarını tamamilə nəzərə almamaq real yanaşma deyil. Enerji keçidi ideoloji deyil, praqmatik əsaslarla aparılmalıdır. Azərbaycanın həm zəngin qaz ehtiyatlarına malik olub, həm də milyardlarla dollar həcmində yaşıl enerjiyə sərmayə yatırması məhz balanslı strategiyanın göstəricisidir.
    Xocalı rayon gənci Anar Əliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi17 saat öncə
    İzlənib17 dəfə
    Yaşıl Enerji Məşvərət Şurası Azərbaycanın yaşıl transformasiya strategiyası.

    Maraqlı gələ bilər