Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV XALQIN YADDAŞINDA UNUDULMAZ DAHİ ŞƏXS OLARAQ YAŞAYACAQ

0

  • 12 dekabr - Xalqımızın Ümummilli Lideri, Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə bağlı xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində ümumrayon tədbiri keçirildi.

    Tədbir iştirakçıları ilk olaraq qəsəbədə ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    Daha sonra Heydər Əliyevin həyat yolundan bəhs edən “Əbədiyyətin ilk əsri” sənədli filmi təqdim olundu.

    Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Xocalı rayon ziyalısı Şükür Bəşirov çıxış etdilər. Bildirildi ki, müasir Azərbaycanın tarixi və taleyi, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev - Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan Siyasi Dövlət İdarəçiliyi Sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisidir. O, Azərbaycan xalqının müasir dövlətçilik tarixində böyük yeniliklərə imza atmış Ümummilli Lider, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında intibaha nail olmuşdur.

    Ötən əsrin 90-cı illərində, dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin adı ilə bağlıdır.

    Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca, O da yaşayacaqdır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib67 dəfə
    heydər əliyev

    Maraqlı gələ bilər
    174
    271
    112
    106
    111