Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xankəndidə silah səsləri eşidildi, yaralanan var - erməniəsilli şəxs tutuldu

0

  • 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xocalininsesi.az-a bildirilib ki, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulmuşdur.
    Əməliyyat zamanı bir polis əməkdaşı yaralanmışdır.
    Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/crime/1293803.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCinayət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi2 ay öncə
    İzlənib237 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    133
    155